
Sığorta şirkətləri lizinq avtomobillərini niyə baha sığortalayır?
Lizinqdə olan avtomobilləri sığorta şirkətləri daha baha sığortalayırlar. Lizinq avtomobillərinin baha sığortalanması müştərilərdə narazılığa səbəb olur. Necə ola bilər ki, eyni avtomobillər lizinqdə daha baha sığortalanır. Bəs bunun səbəbi nədir?
Bu barədə Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirib ki, sığorta haqları hesablananda, sığorta şirkətləri bir çox nüanslara fikir verirlər: “Sığorta şirkətləri öz statistikalarına, bazarın tələblərinə və.s diqqət yetirirlər. Çünki rəqiblərin də olduğunu unutmaq olmaz. Bundan başqa, təkrar sığorta varsa, təkrar sığorta xərcləri də nəzərə alınır. Aktual hesablamalar nəticəsində ortaya çıxan rəqəmlər də nəzərə alınır ki, onların da təsiri var. Digər təsir edən amillərdən biri də dələduzluq hallarının çox olmasıdır ki, hansı seqmentdə çoxdursa o da təsir edir”.
Lizinq avtomobilləri bahadır?
Ekspert bildirir ki, bir mənalı demək olmaz ki, lizinq avtomobilləri daha baha ola bilər, yəni sığorta haqları daha yüksəkdir: “Bununla da bağlı bir çox fakta nəzər yetirə bilərik. Avtomobillərin markasından, modelindən istehsal ilindən asılı olan nüanslar da çoxdur. Məsələn, lizinq şirkəti var ki, ancaq yeni avtomobillər lizinqə verir. Elə lizinq şirkəti var ki, köhnə, istifadə olunmuş avtomobilləri lizinqə verir. Onu da qeyd edim ki, lizinq seqmentində köhnə avtomobillərin satışında dələduzluq halları da olur. Bu kimi nüanslar təsir edə bilir".
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay