
18.02.2025 / 11:15
Mobil operatorlar bir ayda 100 milyondan çox qazanıb
65285
Bu ilin yanvar ayında İnformasiya və rabitə sahəsində ölkədə göstərilən xidmətlərin dəyəri real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 273,5 milyon manata çatıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğin 73%-i əhali tərəfindən istehlak olunub.
Xidmət sektorunda əldə edilən gəlirin 37,7%-i, yəni 103,2 milyon manatı mobil telefon rabitəsi sahəsinin payına düşüb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında bu göstərici 258,2 milyon manat olub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay