
18.02.2025 / 14:13
"BTC" vasitəsilə daşınan neftin həcmi açıqlanıb
65283
2025-ci ilin yanvar ayında magistral neft kəmərləri ilə 3209,5 min (3 milyon 209 min 500) ton neft nəql edilmişdir.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən nəqletmənin 72,3 %-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Qeyd edilib ki, cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2319,1 min ton neft ötürülüb.
Sözügedən dövr ərzində "BTC" kəməri ilə nəql edilmiş neftin 83,1 %-ni və ya 1926,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 %-ni və ya 392,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil etmişdir.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay