Redaktor
Azərbaycanın ötən ay ən çox idxal həyata keçirdiyi ölkələr - TOP 10
2025-ci ilin yanvar ayı üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 5 090 838.13 min ABŞ dolları (5 milyard 90 milyon 838 min) təşkil edib.
Valyuta.Az xəbər verir ki, bu məbləğin 3 038 454.32 min ABŞ dolları ixracın payına, 2 052 383.81 min ABŞ dolları isə idxalın payına düşüb. Yəni, ümumi ticarət dövriyəsinin 59.68 %-ni ixrac, 40.32 %-ni isə idxal təşkil etmişdir.
Qeyd edək ki, sözügedən dövrdə xarici ticarət dövriyyəsində 987 milyon dollarlıq müsbət saldo yaranıb.
Toplamda dünyanın 100-dən artıq ölkəsindən 5120 növdə məhsul idxal olunub. İxrac olunan məhsulların sayı isə 1 027 olub.
Bəs ən çox idxal həyata keçirdiyimiz ölkələr hansılardır?
Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, yanvar ayında ən çox məhsul idxal olunan ölkə Çin Xalq Respublikası olub. Buradan son 1 ayda toplamda 378 445.97 min ABŞ dolları dəyərində məhsul idxal olunub.
İkinci yerdə 330 667.29 min ABŞ dolları ilə Rusiya, üçüncü yerdə isə 226 661.12 min ABŞ dolları isə Avstraliya tutub. İlk beşliyi isə Meksika və Türkiyə tamamlayıb.
Aşağıdakı cədvəldən son 1 ayda ən çox məhsul idxal etdiyimiz ölkələri və xərclənən vəsaiti görə bilərsiniz:
| Ölkə | min ABŞ dolları ilə |
| Çin | 378 445.97 |
| Rusiya | 330 667.29 |
| Avstraliya | 226 661.12 |
| Meksika | 180 208.57 |
| Türkiyə | 175 198.91 |
| Böyük Britaniya | 120 418.80 |
| İran İslam Respublikası | 55 342.29 |
| Almaniya | 55 073.69 |
| Amerika Birləşmiş Ştatları | 52 622.59 |
| Braziliya | 41 714.44 |
| Valyuta.Az |
Qeyd edək ki, Çindən idxal olunan məhsullar ümumi idxalın 18.44 %-ni təşkil edib. İdxalın 16.11 %-i Rusiyanın, 11.04 %-i Avstraliyanın, 8.78 %-i Meksikanın, 8.54 %-i Türkiyənin, 5.87 %-i Böyük Britaniyanın, 2.70 %-i İran İslam Respublikasının, 2.68 %-i Almaniyanın, 2.56 %-i Amerika Birləşmiş Ştatlarının, 2.03 %-i Braziliyanın payına düşüb.
İdxalın 21.25 %-ni isə digər ölkələr təşkil edib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən icazə almaq asanlaşdı - YENİLİK
11.11.2025Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
11.11.20252026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı
11.11.2025"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025