
2025-ci ilin yanvarında ən çox gəlir gətirən qeyri-neft məhsulları - SİYAHI
Ötən ay Azərbaycan qeyri neft sektoruna aid toplamda 228 442.05 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Valyuta.Az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, ən çox gəlir gətirən məhsulların siyahısına tərəvəz və meyvə ixracı başçılıq edir ki, buradan əldə olunan gəlir 60 432.10 min ABŞ dolları təşkil edib. Və bu da ümumi ixrac olunan qeyri neft sektoruna aid məhsulların 26.45 %-ni təşkil edib.
II sırada isə ümumi ixracın 9.21%-ni təşkil edən və 21 044.51 min ABŞ dolları gətirən Azot gübrəsi yer alıb. İlk üçlüyü isə alüminium və ondan hazırlanan məmulatlar təşkil edib. Sözü gedən məhsuldan əldə olunan gəlir 11 973.66 min ABŞ dolları təşkil edib və bu məmulatın ümumi ixracdakı payı 5.24 % olub.
Aşağıda siyahıdan ötən ay ən çox gəlir gətirən qeyri neft-qaz sektoruna aid 10 məhsulu görə bilərsiniz:
Malın adı | dəyəri (ABŞ dolları ) |
Tərəvəz və meyvə, ton | 60 432.10 |
Azot gübrəsi | 21 044.51 |
Alüminium və ondan hazırlanan məmulatlar | 11 973.66 |
Metanol (metil spirti) | 11 127.84 |
Pambıq lifi | 9 284.32 |
Elektrik enerjisi, 1000 kVt/saat | 7 775.16 |
Qara metallar və onlardan hazırlanan məmulatlar | 7 105.95 |
Etilen polimerləri, ilkin formalarda | 6 102.59 |
Polipropilen, ilkin formalarda | 5 790.71 |
Propilenin sopolimerləri, ilkin formalarda | 4 753.55 |
Valyuta.Az |
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay