
Yalnız FHN-nin tenderlərini udan şirkət yenə qalib oldu
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu “Qafqaznet” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə FHN İdman-sağlamlıq Klubunda voleybol meydançası üçün “Video Challange” sisteminin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 205 375,46 manatdır.
"Qafqaznet" şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi isə Əhmədov Xəyal Əkbər oğludur.
İKT sahəsində fəaliyyət göstərən “Qafqaznet” əsasən FHN, yaxud bu nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların keçirdiyi tenderlərin qalibi olur.
Bu, şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olması ilə izah edilir. Hər halda media israrla “Qafqaznet”in nazirə məxsus olduğunu yazır. Bu iddialar indiyədək təkzib edilməyib.
Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən araşdırma materiallarında da “Qafqaznet”in adına rast gəlinir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay