BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
65251

Koreyanın məlumatların qorunması üzrə nəzarət qurumu bazar ertəsi bildirib ki, "DeepSeek"in süni intellekt (AI) tətbiqinin yeni yüklənmələri müvəqqəti olaraq dayandırılıb. 

Valyuta.Az "The Korea Times"a istinadən xəbər verir ki, Çin şirkəti yerli məxfilik qanunlarına riayət edilməsində müəyyən çatışmazlıqların olduğunu qəbul edərək bu addımı könüllü şəkildə atıb.  

Koreyanın şəxsi məlumatların qorunması üzrə komissiyası ("PIPC") şənbə günü saat 18:00-dan etibarən tətbiqin yüklənməsinin dayandırıldığını və ölkənin şəxsi məlumatların qorunması qanununa uyğun təkmilləşdirmələr aparıldıqdan sonra yenidən aktiv ediləcəyini açıqlayıb.  

"PIPC"nin məlumatına görə, digər ölkələrdə hökumətlər tərəfindən tətbiqin bloklanması halları olsa da, bu, şirkətin öz xidmətini könüllü şəkildə dayandırdığı ilk hadisədir.  

Şəxsi məlumatların qorunması ilə bağlı araşdırmalar aparılır  

"PIPC"nin sədr müavini Çoi Canq-hyuk mətbuat konfransında bildirib ki, xidmətin dayandırıldığı müddətdə "DeepSeek"in "AI" modelinin şəxsi məlumatları necə emal etdiyini diqqətlə araşdıracaqlar və məxfilik qaydalarına daha yaxşı əməl olunmasını təmin edəcəklər.  

Bununla belə, "DeepSeek"in tətbiqini artıq yükləyən və ya veb versiyadan istifadə edən istifadəçilər üçün xidmət əlçatan qalır.  

"Artıq tətbiqi yükləmiş və ya internet brauzeri vasitəsilə istifadə edənlərə, yekun nəticələr elan olunana qədər xidmətdən ehtiyatla istifadə etməyi tövsiyə edirik", – deyə Çoi qeyd edib.  

Yanvar ayının sonunda "PIPC" "DeepSeek"in Çindəki baş ofisinə müraciət edərək, məlumatların toplanması, emalı və saxlanması üsulları barədə məlumat tələb edib. Aparılan araşdırmalara əsasən, xidmətin Koreyanın məxfilik qanunlarına tam uyğun olmadığı müəyyən edilib.  

"DeepSeek" bu çatışmazlıqları qəbul edib və "PIPC" ilə əməkdaşlığa hazır olduğunu bildirib. Lakin komissiya hesab edib ki, lazımi təkmilləşdirmələrin həyata keçirilməsi müəyyən vaxt tələb edəcək. Buna görə də şirkətə xidməti müvəqqəti dayandırmağı tövsiyə edib və "DeepSeek" bu tövsiyəni qəbul edib.  

Təhlükəsizlik narahatlıqları və qadağalar  

"DeepSeek"in istifadəçi cihazları haqqında məlumatları, IP ünvanlarını və hətta klaviatura daxilolma nümunələrini Çindəki serverlərdə saxladığına dair iddialar bir sıra ölkələrdə təhlükəsizlik narahatlıqlarına səbəb olub.  

Bu səbəbdən Koreyada hökumət qurumları və polis "DeepSeek"in dövlət cihazlarında istifadəsini qadağan edib. Xüsusilə, xarici işlər və müdafiə nazirlikləri kimi həssas məlumatlarla məşğul olan dövlət qurumları qadağanı sürətlə tətbiq ediblər.  

Ölkənin böyük şirkətləri də bu "AI" xidmətini bloklayıb. "Hyundai Motor Group" bu ayın əvvəlində təhlükəsizlik səbəbilə öz müəssisələrində "DeepSeek"in istifadəsini qadağan edib. "Samsung Electronics", "LG Electronics" və "SK hynix" kimi böyük texnologiya şirkətlərinin əməkdaşları da "DeepSeek"in "R1" "AI" modelindən istifadə edə bilmirlər. Eyni zamanda, ölkənin aparıcı maliyyə qurumları – "KB", "Shinhan", "Hana" və "Woori" bank qrupları da "R1"ə çıxışı bloklayıb.  

Koreya, dövlət qurumlarında "DeepSeek"in istifadəsini məhdudlaşdıran bir neçə ölkəyə qoşulub. Bu məhdudiyyətlər ölkədən ölkəyə fərqlənir – bəzi yerlərdə tam qadağalar tətbiq olunur, digərlərində isə xəbərdarlıqlar və qaydalar şəklində tövsiyələr verilir.  

Beynəlxalq reaksiya və Çinin mövqeyi  

"PIPC"nin araşdırma və əlaqələndirmə üzrə baş direktoru Nam Suk bildirib ki, "İtaliya bu xidməti istifadəyə verildikdən dərhal sonra blokladı".  

İtaliya yanvar ayının sonunda vətəndaşların şəxsi məlumatlarını qorumaq üçün "Apple" və "Google" tətbiq mağazalarından "DeepSeek"in yüklənməsini qadağan edib. Avstraliya və Tayvan isə təhlükəsizlik agentliklərinin tövsiyəsinə əsasən, dövlət cihazlarında "DeepSeek"in istifadəsini tamamilə qadağan edib.  

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun məsələ ilə bağlı bazar ertəsi keçirilən mətbuat konfransında açıqlama verib: "Ümid edirik ki, aidiyyəti ölkələr təhlükəsizlik anlayışını həddindən artıq genişləndirməyəcək və ticarət və texnologiya məsələlərini siyasiləşdirməkdən çəkinəcəklər", – deyə Quo qeyd edib.  

Çinin Seuldakı səfirliyi isə əlavə şərh verməkdən imtina edib. Səfirlik rəsmilərindən biri bildirib ki, "Rəsmi mövqe olaraq sözçünün açıqlamasından savayı əlavə edəcək bir şeyimiz yoxdur".  

Koreyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Çin hökuməti hələlik bu məsələ ilə bağlı rəsmi şikayət irəli sürməyib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin