
Maskın siyasi fəaliyyəti "Tesla" mağazalarının boykot edilməsinə səbəb oldu
İlon Maskın Donald Tramp administrasiyasındakı hərəkətləri "Tesla" məhsullarının boykot edilməsinə və şirkətin ABŞ-dakı salonları qarşısında etirazlara səbəb olub.
Valyuta.az xəbər verir ki, həftəsonu etirazçılar Vaşinqton, Pittsburq, Minneapolis, Miçiqan ştatının Ann Arbor və Kaliforniyanın bir sıra şəhərlərində "Tesla" salonlarının qarşısında toplaşıblar.
"İnsanlar "Tesla" ilə bağlı hər şeyi boykot etməlidirlər. Biz əmin olmalıyıq ki, onlar demokratiyamızı məhv etməklə yanaşı, qazanc əldə edə bilməyəcəklər", deyə etirazçılar bildirib.
ABŞ-da artan narazılığa İlon Maskın immiqrasiya qanunlarının sərtləşdirilməsi və sosial proqramların maliyyələşdirilməsinin kəskin şəkildə azaldılması ilə bağlı çoxsaylı bəyanatları səbəb olub - Mask artıq ABŞ-ın sosial təminat sistemini tarixdə ən böyük saxtakarlıq adlandırıb. Bundan əlavə, bir çox amerikalı İlon Maskın nasist simvolları ilə flört etməsindən hiddətlənib.
Kaliforniyada etirazçılar təkcə "Tesla"nı boykot etməyə deyil, həm də İlon Maskın Tramp administrasiyasındakı hərəkətlərinə çağırıblar. Kaliforniya ştatının Los Qatos şəhərində etirazçılar "Bir adamın bütün hökumətdən daha çox pulu varsa, bu səhvdir" deyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay