
17.02.2025 / 17:25
Qoz ləpəsini Azərbaycan bu ölkələrdən alır - Qiymətlər
65202
Ötən il Azərbaycanın xarici ölkələrdən idxal etdiyi qoz ləpəsinin 1 kiloqramının gömrük dəyəri 7 manat 90 qəpik olub.
Valyuta.az xəbər verir ki, qeyd edilən dövrdə ölkəyə idxal edilən qoz ləpəsi 19 milyon 241 min dollar dəyərində 4 min 132 ton olub.
Azərbaycan idxal etdiyi qoz ləpəsinin 1 kq-nın gömrük dəyəri Ukraynadan 7,9 manata,
Özbəkistandan 8 manata, Qırğızıstandan 7,4 manata, Çindən 9,3 manata, ABŞ-dan 10,2 manata, Gürcüstandan isə 15,4 manata başa gəlib.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay