
13.02.2025 / 09:29
Bakıda bazarda 200 manata meyvə satılır (VİDEO)
64985
Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..
Valyuta.az xəbər verir ki, mövsümü ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur.
Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.
Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.
Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay