
12.02.2025 / 21:09
Putin və Tramp arasında saat yarımlıq telefon danışığı olub
64982
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Valyuta.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı az əvvəl başa çatdı," - deyə Peskov bildirib. "Bu, çox uzun bir telefon danışığı oldu, demək olar ki, bir saat yarım davam etdi," - o əlavə edib.
Tramp son həftələrdə dəfələrlə Rusiya prezidenti ilə danışmaq planlarını elan edib. ABŞ lideri Ukraynadakı münaqişəyə xüsusi diqqət yetirib və onun həllinə kömək etmək arzusunu ifadə edib.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay