
12.02.2025 / 17:15
Azərbaycanda Heydər Əliyev təqaüdü ilə təhsil alan bu tələbələrin sayı artırılacaq
64970
Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşündən sonra mətbuata bəyanatında deyib.
O bildirib ki, müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, ən vaciblərindən biri təhsil sahəsidir:
"Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay