
12.02.2025 / 17:01
Sabah bu rayonda qaz olmayacaq
64968
Sabah İmişli rayonunun qaz təchizatında fasilə yaranacaq.
"Valyuta.az"a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 13-də saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (qeyri-əhali abonenti-16 ədəd, ümumi 4 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qza təchizatında yaranacaq məhdudiyyət "İmişli 1" ölçü qovşağından qidalanan diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmənin quraşdırılması məqsədilə əlaqədardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay