
İdarəçi həddindən artıq səbirlidirsə…
Murad Rəfiyev
AzInTelecom MMC-nin Korporativ Satış üzrə Meneceri, idarəçi
İki fərqli idarəçi düşünün: biri səbirli, strategiyanı addım-addım qurur. Digəri isə tez qərarlar verib, dərhal nəticə əldə etməyə çalışır. Hansı daha uğurludur?
Biz idarəçilərin xarakterik davranışları sırasında səbirli və səbirsiz idarəçilərin nəticələri arasındakı fərqlər haqqında danışmaq istəsək, bu məsələyə gərək həm idarəçilik, həm də psixoloji aspektlərdən yanaşaq.
Səbir insanların səbirsizlik hisslərini idarə etmək üçün istifadə etdiyi emosional tənzimləmə strategiyalarının bir hissəsidir. Səbirli insanlar isə rahat, emosional cəhətdən sabit və ən əsası empatiya qabiliyyəti yüksək olan şəxslərdir.
İdarəetmədə səbirli olmağın əhəmiyyətli tərəfi zamanında düzgün qərarların verilməsi, böhran durumlarının idarə edilməsi, uzunmüddətli strategiyaların həyata keçirilməsi, münaqişələrin həll edilməsi və bütün bunların fonunda komandanın motivasiyasını yüksək tutmaqdan ibarətdir. İdarəetmədə səliqəli sürətlə işləmək səhvləri və təkrar işləri azaldaraq, qoyulmuş hədəfə daha tez və effektiv çatmağı təmin edir. Bu davranışa sahib olan rəhbərlər “iş sürətini (addım addım hərəkət etmə)” və “strateji sürəti (dəyər təqdim etmək üçün vaxtı azaltmaq)” bir-birindən ayırmağı bacarmaqla idarəetməni daha təmiz və məntiqli hala gətirə bilirlər.
Əksər hallarda daha çox səbir göstərmək daha yaxşı nəticələr verir. Amma bir idarəçi həddindən artıq səbirlidirsə, bu onun fəaliyyətində passivliyə də yol aça bilər. Məsələn: sürətli və qəti-qərar verilməsi, xaosun idarə olunması, komandanın qeyri-effektiv davranışlarına qarşı həddindən artıq səbrli davranmaq ilkin başda proseslərin ləngiməsinə daha sonrasında isə ümumi iş performansına mənfi təsir göstərə bilər.
Səbirsizlik isə yuxarıda qeyd etdiyimiz halların risk durumunu artırmaqla, düşünülməmiş addımlar və tələsik qərarlar verməklə uğursuzluq ehtimalını hər zaman yüksəkdə tutmaqdır. Lakin bugün bir çox hallarda səbrsizliklə çevikliyi qarışdırmaq düzgün olmazdı. Çevik liderlər innovasiya etmək, dəyişiklik yaratmaq, təşəbbüs göstərmək və problemləri həll etmək baxımından daha bacarıqlıdırlar. Onlar adətən təşkilata enerji və güclü hərəkət ehtiyacı hissi aşılayırlar. Səbirsiz və uzaqgörən olmayan idarəçilər isə düşünülməmiş, hesablanmamış qərarlar verməklə təşkilatları, bilavasitə komandaları üçün xoas və qarışıqlıq mənbəyidirlər. Bu tip insanların tələskənlik və səbirsizliyə əsaslanan düz məntiqləri onlara başqa idarəetmə formalarında istifadə etməyə imkan vermir.
“Maslovun Çəkici” (Law of the Instrument və ya Maslow's Hammer) qanunu xatırlayın: “Əgər yeganə alətiniz çəkicdirsə, hər şey sizə mismar kimi görünəcək”. Başqa sözlə, əgər bir idarəedicinin problemi həll etmək üçün yalnız bir yanaşması və ya metodu varsa, bu zaman o hər problemi məhz bu yanaşma ilə həll etməyə çalışacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay