BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
64721

Alimlər ilk dəfə Şərqi Qrenlandiyada nəhəng buzlaq gölünün daşqınını canlı izləyiblər. "Katalina" gölündə baş verən bu daşqın zamanı bir neçə həftə ərzində 3 tirlyon litrdən çox ərinti suyu axıb.  

Valyuta.Az. "Euronews"a istinadən xəbər verir ki, Kopenhagen Universitetinin tədqiqatçıları tərəfindən müşahidə edilən bu hadisə, buzlaqların əriməsi nəticəsində yaranan güclü və təhlükəli proseslərə dair yeni elmi bilgilər verir.  

"SciTechDaily"nin məlumatına görə, bu hadisə Danimarkanın illik su istehlakının üç qatına bərabər olan nəhəng bir gölün qəfil boşalması deməkdir.  

Daşqın 23 sentyabr – 11 oktyabr tarixləri arasında baş verib və bu müddətdə gölün su səviyyəsi 154 metr enib. Hadisə ilk dəfə Kopenhagen Universitetinin "Nils Bor İnstitutu"nun alimləri tərəfindən peyk görüntüləri vasitəsilə real vaxt rejimində izlənilib.  

"Nils Bor İnstitutu"nun iqlim tədqiqatçısı Aslak Qrinsted bildirib: "Əvvəllər də bənzər daşqın izlərinə rast gəlmişdik, lakin qütb gecəsi və buludların peyk müşahidələrini çətinləşdirməsi səbəbindən bu hadisələri ancaq indi real vaxtda müşahidə edib su həcmini dəqiq ölçə bildik."

Şərqi Qrenlandiyada baş verən bu daşqın "Katalina" gölündə son 20 il ərzində toplanan ərinti suları nəticəsində meydana gəlib.  

Göl nəhəng "Edvard Beyli" buzlağı tərəfindən bağlanmış bir vadidə yerləşir. Zamanla göl dolduqca su buzlağı qaldırıb və onun altında 25 kilometr uzunluğunda bir tunel açıb. Nəticədə bu su kütləsi dünyanın ən böyük fiyordu olan "Skorsbi-Saund"a axıb.  

Bu təbiət hadisəsi "buzlaq gölünün partlayış daşqını" adlanır. Buzlaq gölləri tədricən dolur və daha sonra qəfil daşqınla boşalır. Son 30 ildə artan qlobal temperatur və iqlim dəyişikliyi səbəbindən bu cür hadisələr daha tez-tez baş verir.  

Qrinsted qeyd edib: "Qlobal istiləşmə səbəbindən buzlaq tərəfindən bağlanmış göllərin yaratdığı təhlükə də artır."  

Bu tip daşqınlar, xüsusilə Himalay dağları kimi sıx məskunlaşmış bölgələrdə, kəndlərin məhv olmasına səbəb ola bilər. Qrenlandiyada baş verən son daşqın isə əhalinin seyrək olması səbəbindən heç bir ciddi ziyana yol açmayıb.  

Lakin 2023-cü ildə aparılan bir araşdırma dünyada 15 milyon insanın bu tip buzlaq daşqınlarının yaratdığı ölümcül təhlükə altında yaşadığını göstərib.  

Qrinsted əlavə edib: "Qrenlandiyanın buz örtüyü önümüzdəki əsrlərdə geri çəkildikcə, daha böyük buzlaq göllərində baş verəcək partlayış daşqınlarını müşahidə edəcəyimizi düşünürəm."

"Son Buzlaq Dövrünün sonunda 'Missula' gölündə 'Katalina' gölündəki hadisədən 2.500 dəfə daha güclü bir partlayış baş verib. Bu möhtəşəm qüvvələri daha yaxşı anlamaq üçün ən böyük buzlaq daşqınlarını tədqiq etməliyik."

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin