BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64706

"Porsche AG" üçün işlər yaxşı getmir: satışlar azalır, gəlirlər aşağı düşür, yüksək vəzifəli rəhbərlər istefaya göndərilir.  

Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, bazarda alıcılar hələ də "911" idman avtomobili və "Cayenne" yolsuzluq avtomobilini almağa davam etsə də, ABŞ prezidenti yeni tariflərin "mütləq" tətbiq olunacağını bəyan edib.  

"Porsche" ABŞ-nin Avropa İttifaqına qarşı yenidən irəli sürdüyü tarif təhdidlərinə qarşı xüsusilə həssasdır. Alman avtomobil istehsalçısı son 15 ildə ABŞ-də davamlı böyüyüb və Çin bazarını geridə qoyaraq özünün ən böyük bazarına çevirib. Lakin "Porsche"nin ABŞ-dəkı dilerləri tamamilə idxaldan asılıdır.  

"Əgər tətbiq ediləcək tarif 10%-dən xeyli yüksək olarsa, o zaman 'Porsche' bəzi yolsuzluq avtomobillərinin istehsalını ABŞ-yə köçürmək barədə düşünməli olacaq", – "Bloomberg Intelligence" analitiki Maykl Din bildirib. Onun 4 fevral tarixli hesabatına görə, əgər Tramp "Aİ" avtomobillərinə rüsumları artırarsa, "Porsche" və "Mercedes-Benz Group AG" bundan ən çox zərər görəcək.  

Şirkətin bu vəziyyətdən tez bir zamanda çıxması üçün asan həll yolu yoxdur. "Porsche", ana şirkəti olan "Volkswagen AG"nin Tennessi ştatındakı yeganə Amerika zavodundan istifadə edə bilmir, çünki burada istehsal olunan "VW Atlas" və "ID.4" modelləri ilə heç bir "Porsche" avtomobili texniki baza baxımından uyğun gəlmir.  

Baş icraçı direktor Oliver Blume istehsalın köçürülməsi üçün tələb olunan iri investisiyanı qarşılayacaq vəziyyətdə deyil. "Porsche" 2022-ci ildə Avropanın ən iri ilkin səhmlərin yerləşdirilməsi proseslərindən birini həyata keçirərkən qarşıya qoyduğu hədəflərdən getdikcə daha çox uzaqlaşır. Şirkətin satışlardan əldə etdiyi gəlir bu il 10%-ə qədər enə bilər ki, bu da əvvəlcə uzunmüddətli hədəf kimi göstərilən göstəricinin yarısı qədərdir.  

Bu pessimist proqnoz "Porsche"nin səhmlərinin 7 % ucuzlaşmasına və IPO-dan bəri ən aşağı səviyyəyə düşməsinə səbəb olub. Hazırda şirkətin bazar dəyəri 50,8 milyard avro (52,4 milyard dollar) təşkil edir ki, bu da 2023-cü ilin may ayında qeydə alınan maksimum dəyərin yarısından da azdır.  

"Porsche" 6 fevralda elan edib ki, daxili yanma mühərrikli və hibrid modellərin sayını artırmaqla məhsul portfelini genişləndirmək üçün bu il 800 milyon avro zərər edəcək. Şirkətin ilk tam elektrikli modeli olan "Taycan" 2020-ci ildə bazara çıxdıqdan sonra sürətlə populyarlıq qazansa da, ötən il satışlar zəif olub. "Macan" yolsuzluq avtomobilinin yeni elektrik versiyası isə illərlə gecikmiş debütdən sonra gözləntiləri doğrultmayıb.  

"Porsche" elektrik avtomobillərinə tələbatın azalması səbəbindən Çində çətinliklər yaşasa da (2023-cü ildə satışlar 28% azalıb), bu problem ABŞ-da daha az hiss olunur. Elektrik avtomobillərinin qəbulu burada daha yavaş gedir və ABŞ-da 2009-cu ildən bəri yalnız bir il istisna olmaqla, hər il daha çox "Porsche" satılıb. Yeganə geriləmə ili 2020-ci ilə, COVID-19 pandemiyasının başlanğıcına təsadüf edir.  

Əgər Tramp 2 fevralda "tezliklə" tətbiq ediləcəyini bəyan etdiyi Aİ tariflərini qüvvəyə mindirərsə, "Porsche"nin ABŞ-dəkı satış tempini qoruyub saxlaması çətin olacaq.  

"BMW, 'Mercedes-Benz', 'Volkswagen' və daha bir çox avtomobil bizə gətirilir", – Tramp 3 fevralda fərman imzalayarkən bildirib. "Və biz bununla bağlı heç bir tədbir görmürük."  

"Bloomberg Intelligence"in hesablamalarına görə, əgər Tramp Aİ avtomobillərinə tətbiq edilən tarifləri 2,5%-dən 10%-ə qədər artırarsa, bu, alman avtomobil istehsalçılarının faiz və vergi öncəsi mənfəətindən 2,1 milyard avronu silə bilər.  

Maykl Din hesab edir ki, "Porsche" yüksək mənfəət marjasına malik "911" modelində tarif artımını alıcılara ötürə bilər, lakin "Cayenne" və "Macan" kimi daha rəqabətli qiymətə sahib yolsuzluq avtomobillərində bu, çətin olacaq. Bu iki model uzun illərdir "Porsche"nin ABŞ satışlarının 60%-dən çoxunu təşkil edir.  

"Porsche" uzun müddətdir ABŞ-da istehsal qurmağı nəzərdən keçirsə də, müxtəlif səbəblər – tədarükçülərlə bağlı gözlənilən problemlər və logistika çətinlikləri – bu planları reallaşdırmağa mane olub. Bundan əlavə, "Almaniyada istehsal olunub" imicinin ABŞ istehlakçıları arasında hələ də yüksək nüfuzu var.  

"Volkswagen" qrupuna daxil olan digər premium avtomobil istehsalçısı "Audi" də ABŞ-də istehsal qurmaq variantını araşdırır. Şirkət ya "VW"nin Çattanugadakı zavodunda, ya da Cənubi Karolinada "Scout" markası üçün inşa edilən yeni fabrikdə istehsala başlaya bilər.  

Lakin "Porsche" üçün Tennessi zavodu alternativ deyil. "VW"nin "Atlas" modelinin əsaslandığı MQB platforması "Porsche"nin "Cayenne" və "Macan" modellərinin istehsal olunduğu MLB arxitekturasından fərqlidir.  

"Volkswagen" Çattanuga zavoduna 4,3 milyard dollardan çox sərmayə yatırıb. Şirkət bunu gəlirlərə mənfi təsir göstərən valyuta dəyişkənliyini azaltmaq üçün edib. Lakin Trampın ikinci prezidentlik dövrünə dair bəyanatları qeyri-müəyyənliyi daha da artırıb. Onun 2 fevralda Aİ tarifləri ilə bağlı açıqlamasından bir gün sonra "Volkswagen"in səhmləri 5,3% ucuzlaşıb.  

"'Porsche' kiçik istehsalçıdır və belə bir kiçik oyunçu üçün bütün əsas bazarlarda istehsal qurmaq asan deyil", – "UBS Group AG" analitiki Patrik Hummel bildirib. "İndi elə bir məqamdayıq ki, ABŞ-də sənaye istehsalına keçid zərurətə çevrilə bilər."  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin