BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64678

7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən Bir ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olundu. Bir ekosistem PAŞA Holding tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir. Ekosistem Birbank, m10, MilliÖn, Umico.az və holdinqin birgə müəssisələri olan BakıKart və Trendyol Azərbaycanın xidmətlərini bir araya gətirdi. 

Tədbir Bir ekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır: “Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq” – deyə o çıxışında vurğulayıb. 

Bir ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan Birbank, Umico.az, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Umico.az-da Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir

Tədbirin sonunda Fərid Məmmədov Bir Ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir”.

Rəsmi təqdimat mərasimində Bir ekosistemini təşkil edən şirkətlərin – Birbank, Umico.az və M10, MilliÖn Baş icraçı direktorları Fərid Hüseynov, Rauf Qulaməliyev və Samir Məmmədov rəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bu Fondun iki avtomobili hərracda satılacaq

Ötən il ən çox ödəniş edən sığorta şirkətləri - TOP 5

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin