
07.02.2025 / 17:52
Borca görə bu şirkətin əmlakı satışa çıxarıldı
64661
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Tekaz” şirkətini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, İdarə iddiasında “Tekaz”ın dövlət büdcəsinə 392,7 manat borcunun olduğunu və bu məbləğin ödənilməsi üçün şirkətin 2100 manatlıq əmlakının satılmasını xahiş edib.
İşə Bakı İnzibati Məhkəməsində baxılıb. Hakim Bəhlul Cəlalov İdarəsinin iddiasını təmin edib.
Beləliklə, 392,7 manat borca görə “Tekaz” şirkətinin 2100 manatlıq əmlakı ticarət şəbəkələrində satışa çıxarılacaq.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay