BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64580

“Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na dəyişiklik edilib.

Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qaydaya əsasən, zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

Dəyişiklik zəmanətin verilmədiyi hallarla bağlıdır. İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda zəmanət verilmir. Dəyişikliyə əsasən, kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 gündən artıq gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda zəmanət verilməyəcək. Borcalanın zamin durduğu öhdəliklərin istisna edilməsi də bu bənddən çıxarılıb.

Qüvvədə olan Qaydaya əsasən, kredit hesabatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda və kredit hesabatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda zəmanət verilmir. Dəyişikliyə görə, hər iki halda müddət 60 gündən 30 günə endirilib, zamin durduqları öhdəliklər isə artıq istisna hal sayılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bu Fondun iki avtomobili hərracda satılacaq

Ötən il ən çox ödəniş edən sığorta şirkətləri - TOP 5

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin