BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64552

Çinin telekommunikasiya və smartfon nəhəngi "Huawei" ABŞ-nin şirkətin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmasına baxmayaraq, bazar payını artırmağa davam edir.  

Yerli dövlət mediasının məlumatına görə, "Huawei"nin gəliri 2024-cü ildə 860 milyard yuanı (118,27 milyard dollar) ötüb. 

Valyuta.Az "CNBC"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şirkətin sədri Hovard Lyanq məlumat verib.

Bu, 2023-cü illə müqayisədə gəlirin 22 % artması və 2016-cı ildə qeydə alınan 32 %-lik artımdan sonra ən sürətli yüksəlişdir. 

Lyanq yerli hökumət konfransında çıxışı zamanı "Huawei"nin istehlakçı biznesinin "yenidən artım trayektoriyasına qayıtdığını", avtomobil həlləri sahəsində isə "sürətli inkişafın" müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, şirkətin əsas gəlir mənbəyi olan informasiya və kommunikasiya texnologiyaları biznesi "sabit qalıb".  

Qeyd edək ki, 2019-cu ildən etibarən ABŞ "Huawei"nin Amerika tədarükçülərindən qabaqcıl 5G çipləri və "Google"un "Android" əməliyyat sistemi kimi texnologiyalara çıxışını məhdudlaşdırıb.  

Şirkətin gəliri 2020-ci ildə demək olar ki, artmayıb, 2021-ci ildə isə 29%-ə yaxın azalma qeydə alınıb. İstehlakçı seqmenti bu məhdudiyyətlərdən ciddi zərər görsə də, 2023-cü ildə illik 17 % artımla 251,5 milyard yuana yüksəlib. Bununla belə, bu göstərici hələ də 2020-ci ildəki zirvənin yalnız yarısından bir qədər çoxdur.  

"Canalys"in məlumatlarına görə, "Huawei"nin Çində smartfon satışları 2023-cü ildə 37 % artaraq bazar payına görə dördüncü yerdən ikinci yerə yüksəlib. "Apple" isə satışlarının 17 % azalması fonunda üçüncü yerə enib. 2024-cü ildə isə bazar payına görə lider "Vivo" olub.  

Şirkət 2023-cü ildə "Mate 60 Pro" modelini Çində təqdim etməklə smartfon bazarına dönüş edib. Rəylərə əsasən, cihaz qabaqcıl yarımkeçirici çip sayəsində 5G-yə yaxın yükləmə sürəti təklif edib.  

Bir ildən bir qədər çox müddət sonra "Huawei" tamamilə özünün inkişaf etdirdiyi "HarmonyOS NEXT" əməliyyat sisteminə sahib "Mate 70" smartfon seriyasını təqdim edib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin