
06.02.2025 / 10:10
Mərkəzi Banka yeni direktorlar təyin edildi
64508
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
Valyuta.az xəbər verir ki, Vüsal Cavanşir oğlu Qurbanov, Elrad Eldar oğlu Seydiyev, Tərlan İzzət oğlu Rəsulov Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay