
05.02.2025 / 20:50
Təhsil Nazirliyi 3 milyon manatlıq qida təminatı müqaviləsi bağlayacaq
64488
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə "TAİS İKF" MMC arasında müqavilə bağlanacaq.
Valyuta.az xəbər verir ki, müqavilə Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması ilə bağlıdır.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 milyon 745 min 498 manatdır.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. Şirkət 2009- cu ilin dekabr ayında dövlət qeydiyyatına alınıb.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay