
05.02.2025 / 11:22
"Bakı Fond Birjası"nın dövriyyəsi 5 dəfəyə yaxın artıb
64436
Bu ilin yanvar ayında "Bakı Fond Birjası"nın (BFB) dövriyyəsi 10 milyard 309.119 milyon manat manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.6 dəfə çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 929-dan 3 189-a yüksəlib.
BFB-nin dövriyyəsinin 95.7 %-i və yaxud 9 milyard 868.02 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 6 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 87% azalaraq 65.881 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 2.4 dəfə artaraq 375.217 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay