BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
64416

“Bitcoin” (BTC) son günlərdə ABŞ-nin Çin, Meksika və Kanada ilə bağlı gömrük vergiləri ilə əlaqəli xəbərlərindən təsirlənərək dalğalanma nümayiş etdirir.  

Bu çərçivədə “Bitcoin”, Kanada və Meksikanın ABŞ-nin gömrük vergilərinə cavab olaraq tədbirlər görməsindən sonra 91 000 dollara qədər gerilədi. Lakin Trampın Meksikaya tətbiq edilən gömrük vergilərini dayandıraraq bir suveren investisiya fondu elan etməsi ilə "BTC" 100 000 dollar həddini aşdı.  

Bununla yanaşı, Çinin yenidən başlayan ticarət gərginliyi “Bitcoin”in qiymətini 98 000 dollara endirdi. Analitiklər bildirirlər ki, ticarət müharibəsi qorxuları və ənənəvi bazarlardakı dəyişkənlik “Bitcoin”in qısa müddətdə 90 000 dolların altına enməsinə səbəb ola bilər.  

“Bitcoin” 90 000 dolların altına düşə bilər!

“Bitget Research”ün baş analitiki Rayan Li Çinin gömrük vergisi qərarının “Bitcoin” kimi riskli aktivlərdə daha böyük dalğalanmalara və qiymət azalmasına yol aça biləcəyini bildirib.  

Bu çərçivədə “Bitcoin”in 90 000 dolların altına enmə ehtimalı olduğunu qeyd edən Rayan Li bunları deyib: “Artan gərginlik ənənəvi bazarlara mənfi təsir göstərə və investorları inflyasiyaya və valyuta dəyərsizləşməsinə qarşı müdafiə vasitəsi kimi ‘Bitcoin’ə yönləndirə bilər. Lakin iqtisadi qeyri-müəyyənlik nəticəsində baş verə biləcək daha genişmiqyaslı bazar satışları ‘Bitcoin’in qısa müddətdə düzəlişə məruz qalaraq 90 000 dolların altına enməsinə səbəb ola bilər.”

Li, əsas faktorun ABŞ-nin pul siyasəti olacağını vurğulayaraq belə əlavə edib: “Əgər FED iqtisadi təzyiqləri tarazlaşdırmaq üçün faiz dərəcələrini aşağı salsa, bu, likvidliyin artmasına və ‘Bitcoin’in qiymətində yüksəlişə səbəb ola bilər. Lakin bu arada ‘Bitcoin’in daha da ucuzlaşmaması üçün 97 000 dolların üzərində qalması vacibdir.”

Bundan əlavə, “DFG” investisiya şirkətinin qurucusu və baş direktoru Ceyms Vo ABŞ və Çin kimi iri iqtisadi güclərin idxal tariflərini artırmasının tarixi olaraq bazar çöküşlərinə səbəb olduğunu qeyd edib.  

Bu enişin “Bitcoin”ə də təsir edəcəyini bildirən Vo deyib: “Bu vəziyyət ‘Bitcoin’, səhmlər və əmtəələr də daxil olmaqla, geniş bazarda mənfi təsir yarada bilər. "BTC" qısa müddətdə 90 000 dolların altına qədər geriləyə biləcək daha genişmiqyaslı bir düzəlişlə qarşılaşa bilər.”

Vo əlavə edib ki, qısamüddətli düşüşlər baş versə də, mümkün bir ticarət müharibəsi ABŞ dollarının dəyər itirməsini sürətləndirə bilər. Bu isə inflyasiyanı artıraraq, ABŞ dolları nominallı aktivlərdən daha çox “Bitcoin” kimi alternativlərə qlobal tələbi artıra bilər.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin