
04.02.2025 / 15:20
Bəzi şərabların reklamı qadağan edilir
64377
Şərabçılıq məhsullarının reklamı ilə bağlı qaydalara dəyişiklik olunur.
Valyuta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Üzümçülük və şərabçılıq haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsisçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay