
04.02.2025 / 10:45
Azərbaycanda bağlanmış banklara məxsus əmlaklar satışa çıxarılır
64338
"Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə fevralın 6-da hərraclar keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
⇒ Daha çox xəbər üçün Telegram kanalımıza abuna olun
Satışa çıxarılan əmlaklar, "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzildən və "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275,7 kv.metrlik əsas, 39 kv.metrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay