BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7643
  • RUB
    1.6887
  • TRY
    0.0473
  • GBP
    2.1203
64280

2024-cü ildə Azərbaycana gətirilən ekoloji təmiz minik avtomobillərinin sayı rekord həddə çatıb.

Valyuta.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) məlumat yayıb. 

Bildirilib ki, Mərkəzin Dövlət Gömrük və Dövlət Statistika komitələrinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycana 374 148 ədəd minik avtomobili idxal olunub. Bu müddət ərzində ən az minik avtomobili idxalı 2020-ci ildə (49 692 ədəd) qeydə alınıb və bu, pandemiyaya görə xarici ticarət əlaqələrində yaranan fasilələr ilə bağlı olub.

Son 5 ilin ən yüksək göstəricisi 2023-cü ildə qeydə alınıb və həmin il ölkəyə 88 151 minik avtomobili idxal olunub. 2024-cü ildə isə Azərbaycana idxal olunan minik avtomobillərinin sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 6,5% azalaraq 82 434 ədəd təşkil edib.

Son 3 ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiymətində ciddi artım müşahidə olunub. Aşağıdakı cədvəldən də göründüyü kimi, 2022-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiyməti 34,2% artaraq 35 540 manat, növbəti ildə daha 39,8% artaraq 49 679 manata yüksəlib.

2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə minik avtomobillərinin orta qiyməti 10,6% artaraq 54 923 manata bərabər olub. Bu tendensiya göstərir ki, ölkəyə gətirilən avtomobillərin orta qiyməti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Bu, tələbatın dəyişməsi, qlobal iqtisadi faktorlar və avtomobil bazarındakı ümumi qiymət artımı ilə bağlı ola bilər.

Son 5 ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli minik avtomobilləri təşkil etsə də, 2024-cü ildə ekoloji təmiz minik avtomobillərinin ümumi minik avtomobillərinin idxalında payı rekord həddə, yəni 35,45%-ə çatıb.
Azərbaycana idxal olunan minik avtomobilləri arasında yanacaq mühərrikli minik avtomobillərinin payı ilk dəfə olaraq 80%-dən aşağı, yəni 64,55% təşkil edib.

Məlumat üçün bildirək ki, ekoloji təmiz minik avtomobillərinə tətbiq olunan vergi və gömrük güzəştləri, həmçinin bu növ avtomobillərin yol xərclərinin az olması onların sayının sürətlə artmasına gətirib çıxarır.

2024-cü ildə yanacaq mühərrikli minik avtomobillərinin idxalı əvvəlki ilin göstəricisi ilə müqayisədə 25,0% azalaraq 53 210 ədəd, elektromobillərin idxalı isə 2,4% azalaraq 3 027 ədəd olub.

Hibrid minik avtomobillərinin sayı isə 2023-cü ilin rəqəmləri ilə müqayisədə 29,6% artaraq 15 815 ədədə çatıb. Ən yüksək artım isə plug-in hibrid minik avtomobillərinin idxalında qeydə alınıb. 2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycana 5,5 dəfə daha çox plug-in hibrid minik avtomobili gətirilib.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə ölkəyə 15 815 hibrid, 10 382 plug-in hibrid və 3 027 elektromobil olmaqla 29 224 ekoloji təmiz minik avtomobili gətirilib.

Ötən il ölkəyə gətirilən elektromobillərin orta qiyməti 116 103 manat təşkil edib. Bu da onu göstərir ki, Azərbaycana gətirilən ən bahalı minik avtomobilləri məhz elektromobillərdir.

2024-cü ildə plug-in hibrid minik avtomobillərinin orta qiyməti 2023-cü ilin göstəricisi ilə müqayisədə 31,8% azalaraq 82 297 manat təşkil edib.

Ötən il hibrid minik avtomobillərinin orta qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. Əvvəlki ilin qiyməti ilə müqayisədə hibrid minik avtomobillərinin 2024-cü ildə orta qiymət 3,6% azalaraq 70 143 manat olub. Ənənəvi yanacaq mühərrikli minik avtomobillərinin orta qiyməti isə 1,7% artaraq 41 577 manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

Niderland rəsmiləri üçün "DeepSeek" qadağan edildi, Cənubi Koreya isə...

Gənclər və İdman Nazirliyi Qobustanda İdman zalı tikintisinə davam edəcək

"Ceyhan F" MMC-nin məhkəməsi bu tarixdə olacaq

DGK məşhur şirkəti inzibati məsuliyyətə cəlb etdi

"Bitcoin" 400 min dollar? - "Standard Chartered" 3 illik proqnozunu açıqladı

"İnnovasiya və Təchizat Mərkəzi" İmtiyazlı xəstələr üçün 17 milyon manatlıq dərman alacaq

"İsmayıloğulları" MMC inzibati xəta törədib

"Siemens"in artan I rüb gəlirləri - Hesabat

Mark Zukerberqin sərvəti son 1 ayda 40 milyard dollar artdı

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

“Sumqayıt Taxıl Em” məhkəmə qarşısında

“Turan Trade Company” böyük məbləğdə cərimələnə bilər

Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi - RƏSMİ

Universitetlərin Bakının mərkəzindən köçürülməsi ilə bağlı Nazirdən açıqlama

Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib

Nazir: “Daşkəsəndə bir şagirdə təhsil müddətində 90 min xərclənir”

Nazirlik: Yaxın aylarda müavinət və təqaüdlərin də artırılması nəzərdə tutulur

"Məktəblər də dəyişkən iş qrafikinə keçiriləcək"

"Məktəblər də dəyişkən iş qrafikinə keçiriləcək"

"Azerspace-1" üçün 1,3 milyonluq sığorta müqaviləsi

Sahibkarların manatla aldıqları kreditlərə təminat verilməsi qaydası dəyişib

"Volvo"nun IV rüb gəlirləri, 2025-ci il üçün proqnozları - Hesabat

Azərbaycan qazı ilə isinən Avropa ölkələri - SİYAHI

Emin Əmrullayev: Qanunvericilikdə müvafiq dəyişiklik olsa, doktorantura təhsili birpilləli sistemə keçirilə bilər

Azərbaycanda repetitorluq mərhələli şəkildə ləğv ediləcək

Azərbaycanda kreditlərlə bağlı yeni fərman imzalandı

Prezidentdən minimum pensiya ilə bağlı SƏRƏNCAM

Sahil Babayev maliyyə naziri təyin edildi

Sahil Babayev maliyyə naziri təyin edildi

“Riyaziyyat müəllimlərinin maaşı 1407 manata çatıb”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin