BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
64249

Yeni ticarət həftəsi olduqca təlatümlü başladı. Amerika Birləşmiş Ştatlarıdan Çin, Kanada və Meksikaya tətbiq olunan yeni gömrük rüsmları və sözügedən bu ölkələrin də ABŞ-a misilləmə siyasət tətbiq edəcəyi yönündəki açıqlamalar fonunda birjalar yeni həftəyə “gap” ilə başladı. Belə ki, EURUSD, GBPUSD, USDCAD, AUDUSD məzənnələri müvafiq olaraq 1300 point, 1800 point, 2200 point və 1100 point ucuzlaşıblar. Bitkoin 7790$, eterium və rippl isə hər biri 10% dəyər itirib. Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tarixi maksimumlarını yenilədəkdən sonra, 2775$-a kimi geriləyib.

Cari həftə ərzində bazarların gündəmində cümə axşamı günü İngiltərə Bankının (BoE) növbəti faiz qərarı, cümə günü isə Amerikada əmək bazarı, xüsusilə də NFP hesabatı olacaq.

BoE-nin isə uçot dərəcələrini 4.75%-dən 4.5%-ə endirəcəyi proqnozlaşdırılır.

Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada, Almaniyada, İngiltərədə və Yaponiyada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq.

EUR

Ötən həftəni 1.0370 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə 1.0235 səviyyəsində start verdi və hazırda, 1.0223 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, eləcə də, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və burada qoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

GBP

Keçən həftəni 1.24$ həddində tamamlasa da, funt-sterlinq də cari həftəyə sərt enişlə başladı və hazırda 1.2260 hədlərində ticarət olunur.

Bu həftə isə İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı, bank sədri Endryu Beylinin çıxışı və PMİ rəqəmləri funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAUUSD

Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tarixi maksimumlarını yenidəkdən sonra, 2775$-a kimi geriləyib.

Hazırda, 2778$-dan təklif olunan “sarı metal”, investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.

Kriptovalyutalar

Prezident Donald Trampın Kanada, Meksika və Çini uzun müddətdir təhdid edilən idxal tarifləri ilə vurmasından sonra kriptovalyutalar riskdən qorunma hissi fonunda ucuzlaşıb.

Bitkoinin qiyməti 91233$-a kimi düşdü. Hazırda, 93 888$-dan təklif olunan BTC-də eniş tendensiyası davam edərsə, qarşıda duran ən kritik dəstək həddi kimi, 90000$ səviyyəsi durur. Bu hədd qırılarsa, “ayılar” qiyməti 80000$-a kimi endirməyə çalışacaqlar.

20 ən böyük rəqəmsal aktivi bazar dəyərinə görə ölçən “CoinDesk 20” İndeksi 19% ucuzlaşıb. Eter 10.07% ucuzlaşaraq noyabr ayından bəri ən aşağı səviyyəyə enib.

XRP isə 10.40% dəyər itirərək 2.6573$-a qədər ucuzlaşıb. Bu, 9 dekabr 2024-cü ildən bəri ən böyük bir günlük azalmadır.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_______________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib

Avro və rubl dəyər itirir - Günün məzənnəsi

Yağıntılı hava şəraiti otun qiymətinə təsir edib

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"də artım oldu

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin