
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olundu
“AFB Bank”ın Müşahidə Şurasının sədri dəyişib.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Şahverdiyev Vüsal İlqar oğlu “AFB Bank”ın Müşahidə Şurasının yeni sədri təyin edilib.
⇒ Daha çox xəbər üçün Telegram kanalımıza abunə olun
O, bu vəzifədə Qurbanov Elnur Məmməd oğlunu əvəzləyib. Elnur Qurbanov bununla belə fəaliyyətini bankın MŞ-nin müstəqil üzvü kimi davam etdirir.
Bununla da Bankın Müşahidə Şurasının tərkibi 6 nəfərdən ibarət olub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0,18%-i Muradov Cəmil Tahir oğluna və 0,18%-i Hacıyev Toğrul Ülvi oğluna məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay