BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64224

Son vaxtlar ölkəmizdə bəzi cərimələrin artdığını müşahidə edirik. Cərimələrin artması praktiki olaraq bir çox ölkələrdə mövcuddur və bu addım insanları mənfi davranışları həyata keçirməkdən müəyyən qədər çəkindirir.

Amma cərimələrin məbləğinin çox olması narahatedici məqamlar sırasındadır.

Hüquqşünas Aytac Qurbanova məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, cərimələr hüququn yalnız sanksiya aləti deyil, eyni zamanda, ictimai nizamı qorumaq üçün güclü bir vasitədir. O, ölkəmizdə müəyyən olunan cərimələri  beynəlxalq təcrübə ilə müqayisə edib:

"İsveçrədə radar cərimələri sürücünün illik gəlirinə uyğun olaraq tənzimlənir. Bu yanaşma hər kəs üçün eyni dərəcədə təsirli bir sistem yaradır. Məsələn, yüksək gəlirli şəxslər üçün bu cərimələr yüz minlərlə avroya çata bilər. Azərbaycanda mobil telefon istifadə edən sürücülərə tətbiq olunan cərimələr orta aylıq əmək haqqının təxminən 5%-nə bərabərdir. Bu rəqəm bəzi Avropa ölkələrinə nisbətən daha yüksəkdir. Məsələn, İspaniyada bu nisbət 8.5%, Gürcüstanda isə cəmi 0.4%-dir. Bu müqayisələrdən göründüyü kimi, Azərbaycanın cərimə sistemində sabit məbləğlərin tətbiqi cəmiyyətin müxtəlif təbəqələri üçün fərqli təsirlər yaradır, lakin bu yanaşma intizamı qorumaq üçün effektiv vasitə kimi çıxış edir”.

Sosioloq Elçin Bayramlı isə hesab edir ki, bəzi cəmiyyətlərin cəzasız tənzimlənməsi mümkün deyil:

"Təəsüf ki, tarix boyu, bütün ölkələrdə insan cəmiyyətində cəzasız keçinmək mümkün olmayıb. Cəza mütləq olsa da, onun xarakterinə diqqət etmək, cəmiyyətin sosial-psixoloji vəziyyətinə uyğun sistem qurmaq lazımdır. Bəzən qayda pozuntuları təsadüfən baş verir. Bəziləri isə məqsədli və yaxud məcburiyyətdən yaranır. Bəzi cəmiyyətlərdə bu halın həll edilməsi üçün maarifləndirmə tədbirləri rol oynayır. Amma elə cəmiyyətlər var ki, orada maarifləndirmə işləri heç  bir işə yaramır, buna görə də cəza üsulu meydana gəlir”.

"İlk olaraq, şəraiti yaratmaq, daha sonra tələb etmək lazımdır”.

Müsahibimizin fikirlərinə görə cərimə vacibdir, amma onun xarakterinə baxmaq lazımdır:

"Qəsdən törədilən, cəmiyyətə zərər vuran hallarda cərimələr 2-ci, 3-cü dəfə törədildikdə adekvat formada olmalıdır. Yəni, cərimələr insanları maarifləndirməli, tərbiyə etməlidir”.

Elçin Bayramlı dünyada tətbiq olunan cəza üsullarının ölkəmizdə də tətbiq olunmasının tərəfdarıdır. O düşünür ki, hər qayda pozuntusunda cərimə tətbiq olunmamalıdır.

"Cərimələr bəzən imkanı olan şəxslər üçün problem deyil.   Çünki o qaydanı pozub, pulunu rahatlıqla ödəyəcək. Buna görə də cərimələrin tətbiq edilməsi məqsədə xidmət etmir. Ancaq qaydanı pozan şəxsi hər hansı bir yerdə sosial işə cəlb etmək şəxsin əməyi vasitəsilə vurduğu ziyanı ödəməsi daha ciddi təsir göstərər. Cərimələrin miqdarı da həmin ölkənin sosial-iqtisadi göstəricilərinə uyğun olmalıdır. Hər hansı bir pozuntuya görə vətəndaşın bir aylıq gəliri alınmamalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin