BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8382
  • RUB
    1.9101
  • TRY
    0.0466
  • GBP
    2.1905
64210

"Bitcoin" 2025-ci ilə qədər qlobal miqyasda geopolitik bir aktivə çevrilib və bir çox ölkə tərəfindən milli ehtiyatlarda qiymətləndirilir. Bəs, xüsusilə son dövrdə dəyəri bu qədər artan "Bitcoin"ə ən çox investisiya qoyan ölkə hansıdır? Ən çox "Bitcoin" ehtiyatı hansı ölkədə var?

Valyuta.az xəbər verir ki, bir ölkənin "Bitcoin"i ehtiyat aktiv kimi qəbul etməsi, digər ölkələri də oxşar addımlar atmağa təşviq edə bilər.

Cnbce.com-dan Zafer Karataşın xəbərinə görə, keçmişdə qızılın maliyyə gücünün təyinedicisi olduğu dövrlər yaşanıb. Daha sonra neft geopolitik tarazlıqları təyin edən ən mühüm aktivə çevrilib. Xüsusilə ABŞ-da prezident kürsüsünə oturan Donald Trumpın kripto aktivlər üçün atdığı addımlar, bir çox ölkəni bitcoinə investisiya qoymaq qərarına gətirib.

ABŞ

"Forbes" jurnalının məlumatlarına görə, dünyada ən çox "Bitcoin"ə sahib olan ölkə ABŞ-dir. Uzun illərdir "Bitcoin" investisiyası edən ölkə, tarixi rekordların qırıldığı bu dövrdə 207 min 189 ədəd bitcoinə sahibdir. ABŞ-nin əlinə keçən ümumi "Bitcoin" aktivlərinin dəyəri isə 20,72 milyard dolları keçir. 

Keçən həftələrdə 100 min dollar səddini aşan və 109 min dollar ilə bütün zamanların rekordunu qıran "Bitcoin" ABŞ-da ehtiyat müzakirələrinin də əsas diqqət mərkəzindədir. ABŞ-da yeni prezident Donald Tramp kripto ehtiyatı yaradılması mövzusunda əmin addımlar atarkən, bu ehtiyatın ABŞ-da mərkəzləşdirilən kripto valyutalardan və "Bitcoin"dan ibarət olması gözlənilir.

Çin

Dünyada ən çox "Bitcoin"ə sahib olan ikinci ölkə isə Çin olub. Lakin Çin-in hekayəsi bir az fərqlidir. Çin təxminən 190 min ilə 194 min ədəd "Bitcoin" ilə ən böyük ikinci dövlət bitcoin sahibi kimi sıralanır. 

Çin hökumətinin "Bitcoin" aktivləri əsasən qanunsuz fəaliyyətlərlə əlaqəli müsadirələrin nəticəsidir və bunların başında "PlusToken Ponzi" aldatmacası gəlir. Çinin mədənçilik və ticarət daxil olmaqla kripto valyuta ilə bağlı fəaliyyətlərə qarşı sıx tənzimləmələri və təzyiqlərinə baxmayaraq, hökumət əhəmiyyətli bitcoin ehtiyatlarını qorumağa davam edib.

Bu sahədə siyahının üçüncü sırasında Britaniya yer alır. "Forbes"un məlumatlarına görə, ada ölkəsi əlinə keçən ümumi 61 min ədəd "Bitcoin" saxlayır. Bu "Bitcoin"lərin ümumi dəyəri isə 6,1 milyard dollar təşkil edir. 

Britaniyanın ardınca Rusiya ilə müharibədə olan Ukrayna gəlir. Ukrayna hökuməti 46 min 351 ədəd "Bitcoin"ə sahibdir və bunların ümumi dəyəri 4,64 milyard dollara çatır.

Almaniya

Almaniyanın 2022-ci ildəki "Bitcoin" satışı qanunsuz bir yayım platformu olan "Movie2k"nin süqutu ilə bağlıdır. Saytı idarə edənlər milyonlarla dolları "Bitcoin" vasitəsilə "yumaqla" məşğul olub. Rəsmilər müsadirə edilən kripto valyutanı qanuni tələblər əsasında etibarlı valyutaya çevirmək və bazar riskinə qarşı likvidliyi üstün tutmaq məqsədi ilə satıblar.

Satış dövlət üçün əhəmiyyətli bir gəlir mənbəyi olsa da, tənqidçilər "Bitcoin"in saxlanmasının uzunmüddətli daha böyük qazanc gətirə biləcəyini iddia edirlər. Bu vəziyyət Almaniyanın kripto valyutalara qarşı ehtiyatlı yanaşmasını və spekulyasiyadan çox maliyyə sabitliyinə üstünlük verdiyini göstərir.

Lakin bütün bunlara baxmayaraq, dünyada ən çox bitcoin saxlayan ölkələr arasında Almaniya da var. Məlumatlara görə, Alman hökumətinin 50 min ədəd "Bitcoin" mövcuddur.

El Salvador

"Bitcoin"i dünyada ilk dəfə ehtiyat kimi qəbul edən ölkə olan El Salvador siyahının 6-cı sırasında yer alır. Nayib Bukelənin rəhbərliyi altında müntəzəm olaraq "Bitcoin" alımlarını davam etdirən ölkə hazırda ümumi 5 min 942 ədəd "Bitcoin"ə sahibdir.

Rusiya

Rusiyanın "Bitcoin"ə olan marağı Ukraynanı işğalı səbəbi ilə Qərb tərəfindən tətbiq edilən ağır sanksiyalardan sonra artıb. Kreml sanksiyaları dəf etmək üçün "Bitcoin" istifadə etdiyini inkar etsə də, ictimai qeydlər dövlət nəzarətində olan qurumlar və oliqarxların "Bitcoin" əməliyyatlarını artırdığını göstərir. Bu vəziyyət, Rusiyanın mərkəzsizləşdirilmiş maliyyə sahəsinə yönəldiyini göstərir.

Son dövrdə bir Rusiya millət vəkili gjeopolitik risklərə və sanksiyalara qarşı tədbir kimi milli bitcoin ehtiyatı yaradılmasını təklif edib. Bu təklif həyata keçirilsə, Rusiyanın rəsmi "Bitcoin" aktivlərinin əhəmiyyətli dərəcədə artacağı bildirilir. 

Maliyyə naziri Anton Siluanov Rusiya şirkətlərinin ölkə daxilində istehsal edilən "Bitcoin"i xarici ticarətdə istifadə etməyə başladığını açıqlayıb. Dövlət başçısı Vladimir Putin də "Bitcoin"kimi alternativ aktivlərin ənənəvi maliyyə sisteminə qarşı bir seçim təqdim etdiyini bildirib.

Çexiya

Çexiya Avropada "Bitcoin" investisiyası edən ilk ölkə olmaq istiqamətində irəliləyir. Çexiya Mərkəz Bankasının (CNB) valyuta ehtiyatlarını müxtəlifləşdirmə strategiyası çərçivəsində bitcoinə investisiya qoymağı planlaşdırdığı bildirilib. Bank 140 milyard avroluq ehtiyatının 5%-ni "Bitcoin"də saxlayacaq. Bu rəqəm təxminən 7 milyard dollara bərabərdir.

Polşada isə prezidentliy namizədi Slavomir Mentzen "Bitcoin" ehtiyatı yaradılması təklifini gündəmə gətirib. Mentzen Polşanın aşağı vergilər və dəstəkli maliyyə siyasətləri ilə "Bitcoin" dostu bir mərkəzə çevrilməsini hədəfləyir.

© Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azərxalça" ASC və "Azəripək" ASC arasında mln. manatlıq müqavilə imzalanıb

Nazirlik eyni binanın tikintisi üçün yenidən eyni şirkətə milyonlar ayırdı - Qalib şirkət kimindir?

Qızılın qiyməti yenidən yüksələcəkmi? - Proqnoz

Avropada qadınlar kişilərdən nə qədər az qazanır? - "Euronews"

“Risk almaq qorxudan daha çox şey qazandırar” - Qadın liderlərdən sitatlar

Rusiyanın beynəlxalq ehtiyatları 600 mlrd. dolları ötüb

Azərbaycanda hansı sahələrdə işləyən qadınların sayı daha çoxdur?

Dünyanın ən zəngin 5 qadını - "Forbes"

Dünyanın ən zəngin 5 qadını - "Forbes"

Nə qadınlar çox xərcləyir, nə də kişilər az

Tarixin ilk "Kriptovalyuta Sammiti"ndə nələr müzakirə edilib? - "Reuters"

Yalnız 6 bankın idarə heyətində xanım var - SİYAHI

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

AMEA-da yeni təyinatlar

Çin Kanadadan idxal olunan bəzi məhsullara yüksək tariflər tətbiq edəcək

Keçmiş agentlik sədrinə yeni vəzifə verildi

63 yaşlı arıçı qadın: "İş çətindir, amma məhsul kimi şirin gəlir"

Yeni binalar tikiləcək - 27 milyon manatlıq layihə

Neftimizin qiyməti 74 dollara yaxınlaşıb

20 AZN nizamnamə kapitalı olan şirkət Ağdamda 19 mln. manata binalar tikəcək

Azərbaycanda qadın sahibkar olmaq - Maneələr və üstünlüklər

Azərbaycanda qadın sahibkar olmaq - Maneələr və üstünlüklər

Qadın və kişi liderlərin bir-birindən əsas fərqi - SƏHƏR OXUSU

"Reuters": "Google"un dağılması ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır

DSX 25 minlik reklam xidməti alır

ÜST işçilərinə Trampın qərarına görə erkən təqaüdə çıxmağı təklif edir

"Nissan" yeni CEO axtarışında - 90 %-dən çox mənfəət azalması

"Nissan" yeni CEO axtarışında - 90 %-dən çox mənfəət azalması

“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub

“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub

Fevral ayında qlobal ərzaq qiymətləri necə dəyişib? - "FAO" açıqladı

İlon Mask: "Starlink" Cənubi Afrikada mövcud deyil, çünki mən qara deyiləm

160 min manatdan çox vergi borcu olan sahibkar, milyonluq tenderin qalibi olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin