BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7643
  • RUB
    1.6887
  • TRY
    0.0473
  • GBP
    2.1203
64149

Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Bu baxımdan proqramıın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir.

Valyuta.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı- ekspert Vüqar Bayramov məlumat verib.

Proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır. Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir.

Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliyliyinin artırılması, mobilliyinin gücləndiriılməsi kimi tədnbirlər ilə yanaşı piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur.

Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur. Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir.

Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir.

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Körpü-Bina-Tikinti” MMC cərimələnə bilər

Kliniki Tibbi Mərkəzi göz əməliyyatları üçün 100 minlik avadanlıq alır

"Gucci"nin çətin günləri - De Sarnonun istefası

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

Niderland rəsmiləri üçün "DeepSeek" qadağan edildi, Cənubi Koreya isə...

Gənclər və İdman Nazirliyi Qobustanda İdman zalı tikintisinə davam edəcək

"Ceyhan F" MMC-nin məhkəməsi bu tarixdə olacaq

DGK məşhur şirkəti inzibati məsuliyyətə cəlb etdi

"Bitcoin" 400 min dollar? - "Standard Chartered" 3 illik proqnozunu açıqladı

"İnnovasiya və Təchizat Mərkəzi" İmtiyazlı xəstələr üçün 17 milyon manatlıq dərman alacaq

"İsmayıloğulları" MMC inzibati xəta törədib

"Siemens"in artan I rüb gəlirləri - Hesabat

Mark Zukerberqin sərvəti son 1 ayda 40 milyard dollar artdı

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

“Sumqayıt Taxıl Em” məhkəmə qarşısında

“Turan Trade Company” böyük məbləğdə cərimələnə bilər

Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi - RƏSMİ

Universitetlərin Bakının mərkəzindən köçürülməsi ilə bağlı Nazirdən açıqlama

Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib

Nazir: “Daşkəsəndə bir şagirdə təhsil müddətində 90 min xərclənir”

Nazirlik: Yaxın aylarda müavinət və təqaüdlərin də artırılması nəzərdə tutulur

"Məktəblər də dəyişkən iş qrafikinə keçiriləcək"

"Məktəblər də dəyişkən iş qrafikinə keçiriləcək"

"Azerspace-1" üçün 1,3 milyonluq sığorta müqaviləsi

Sahibkarların manatla aldıqları kreditlərə təminat verilməsi qaydası dəyişib

"Volvo"nun IV rüb gəlirləri, 2025-ci il üçün proqnozları - Hesabat

Azərbaycan qazı ilə isinən Avropa ölkələri - SİYAHI

Emin Əmrullayev: Qanunvericilikdə müvafiq dəyişiklik olsa, doktorantura təhsili birpilləli sistemə keçirilə bilər

Azərbaycanda repetitorluq mərhələli şəkildə ləğv ediləcək

Azərbaycanda kreditlərlə bağlı yeni fərman imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin