BAKU Azərbaycan
2.03°C
  • USD
    1.7
  • EUR
    1.8053
  • RUB
    1.8942
  • TRY
    0.0466
  • GBP
    2.174
64121

2008-ci ildə Avropada böhran, qeyri-sabit biznes mühitindən uğurla çıxıb. Əzmi sayəsində biznesi bu günə qədər fəaliyyətini davam etdirir. Fransada bizneslə yanaşı, soydaşlarımız arasında həmrəylik fəaliyyəti ilə də məşğuldur. Dövlət Diaspor Komitəsi ilə sıx əməkdaşlıq edir. Söhbət Fransada “Bakı” adlı restoranın və “BTH HABİTAT” təmir-tikinti şirkətinin sahibi Qorxmaz Eyvazlıdan gedir.

Valyuta.az Qorxmaz Eyvazlı ilə biznesi ilə bağlı söhbətləşib.

- Qorxmaz bəy, 31 yaşınıza qədər Azərbaycanda yaşamısız. Azərbaycandakı fəaliyyətiniz nədən ibarət idi?

- 1996-1998-ci illərdə Maliyyə-İqtisad Texnikumunun Mühasibatlıq fakültəsini bitirmişəm. Təhsilimi başa vurduqdan sonra boya istehsalı ilə məşğul olan “AKARİ”  fabrikində satış müdiri vəzifəsində çalışdım. 6 ay sonra şəxsi hesabıma inşaat mallarının satışı ilə məşğul olan mağaza açdım. O dövrdə inşaat materiallarının mağazalara, o cümlədən bizə, əsasən 90% hallarda satışdan sonra ödəniş şərti ilə təhvil verilməsi praktikası tətbiq olunurdu. Mən tanıdığım və güvənli hesab etdiyim bir çox şirkətlə əlaqədə olduğum üçün mağazamı çox az bir sərmayə ilə açmaq imkanım oldu. 1998-ci ildən 2003-cü ilin dekabr ayına qədər həmin işi davam etdirdim.

- Bəs Fransaya köçmək qərarını necə verdiniz?

- Fransaya getmək qərarını bir dostumun tövsiyəsi ilə verdim. 2004-cü il yanvarın 5-də Fransaya yola düşdüm.

- Necə başladınız, ilk işiniz nə oldu?

- İlk işimdə kiçik həcmdə avtomobil alqı-satqısı ilə məşğul olurdum. Daha sonra bir türk sahibkarın şirkətində sənət öyrənmək və təcrübə qazanmaq məqsədilə boyaçı kimi işləməyə başladım. 2 il sonra, 2008-ci ildə özümə məxsus “BTH HABİTAT” təmir-tikinti şirkətini qurdum.

- Bakıda inşaat malları mağazası işlətmisiniz. Təmir-tikinti sahəsini seçməyinizin səbəbi bu sahəni bilməyiniz oldu?

- Tikinti sahəsində iş qurmağımın əsas səbəbi Fransada digər sahələrdə iş tapmağın bizim yaşda olanlar üçün çətin olmasıdır. Bunun üçün həm dili mükəmməl bilməli, həm də diplomunuzu Fransa dövləti tərəfindən tanıtdırmalısınız. Bu sahə üzrə müəyyən məlumatım olduğu üçün tikinti işinə başlamaq qərarına gəldim. Hər növ tikinti lahiyələri - yaşayış binaları, kommersiya obyektləri, fərdi evlər - ilə məşğul oluruq.

- Bu işə başlamaq üçün nə qədər maliyyə lazım oldu?

- İşə başlamaq üçün 15,000 avro kapital yatıraraq şirkət qurdum. 2008-ci il Avropada böhran ili idi və bir çox şirkət iflas edirdi. Belə bir şəraitdə irəliləmək, risk almaq və davamlılıq göstərmək heç də asan deyildi. Amma Allahın köməkliyi, əzmlə çalışmağım, sözümün üstündə durmağım və keyfiyyətli işim sayəsində bu günə qədər fəaliyyətimizi davam etdiririk.

- Bəs şirkətinizin işçi qüvvəsini azərbaycanlılar təşkil edir, yoxsa xarici vətəndaşlar?

- Bu işi tanıdığım ustalar – azərbaycanlı, türk, gürcü, çeçen, dağıstanlı, qumuq – ilə birlikdə başlatdıq. Buna əsasən də deyə bilərəm ki, şirkətdə çalışanların əksəriyyəti azərbaycanlılardır. Həmçinin fransız və türk işçilərimiz də var.

- Bir az da restoran biznesinizdən danışaq. Fransada "Bakı" adlı restoran açmaq ideyası necə yarandı?

- "Bakı" restoranının açılması ideyası oğlumun təşəbbüsüdür. Universiteti bitirdikdən sonra şirkətimizin layihə qəbulu və sənədləşmə işləri ilə məşğul olur, eyni zamanda Azərbaycan Cəmiyyətinin sədri vəzifəsini icra edir. Restoranı açmaqda məqsəd sırf milli mətbəximizi burada yaşayan digər millətlərə tanıtmaqdır. Bu, həmçinin müştərilərimizdə də maraq oyadır.

- Müştərilər Azərbaycan mətbəxini necə qarşılayır?

- Müxtəlif millətlərin nümayəndələrindən olan müştərilərimiz bizim mətbəxi çox bəyənirlər. Aşpazımız sırf azərbaycanlıdır və menyumuz yalnız milli mətbəximizə aid yeməklərdən ibarətdir. Bundan əlavə, restoranımız tamamilə halal prinsiplərə uyğun olaraq fəaliyyət göstərir. Spirtli içkilərin satışı yoxdur, bu da bizi ailəvi restoran konseptinə daha da yaxınlaşdırır. Bizim üçün ən vacib məqam, müştərilərimizin rahatlığını təmin etmək və onlara milli dəyərlərimizi ən yüksək səviyyədə təqdim etməkdir.

- Azərbaycan mətbəxindəki yeməklərin dadını Fransada almaq mümkündür? 

- Müştərilərimizə unikal və unudulmaz dadlar təqdim etməyə çalışırıq. İddialı səslənsə də, tam səmimi deyə bilərəm ki, bizim məhsulların dadını dünyanın heç bir yerində tapa bilməzsiniz. Bu dadı təmin etmək üçün yalnız ən yüksək keyfiyyətli və özəl məhsullardan istifadə edirik. Hətta buna görə, Azərbaycandan xüsusi olaraq qoyunların quyruq yağını gətiririk, çünki burada yetişən qoyunlarda quyruq yağı olmur.

- Dövlət Diaspora Komitəsi ilə də sıx əlaqələriniz var. Bu istiqamətdə hansı işləri görməyə çalışırsınız? 

- Bəli Dövlət Diaspor Komitəsi ilə sıx əməkdaşlıq edirik. Milli bayramlarımızı, tarixi günlərimizi və ənənəvi tədbirlərimizi soydaşlarımızla birlikdə qeyd etmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu tədbirləri həm restoranımızda, həm də Azərbaycan Evində təşkil edərək həmvətənlərimizə doğma vətənimizin ab-havasını yaşatmağa çalışırıq. Daim dövlətimizin və millətimizin yanındayıq – canımızla, malımızla, qanımızla, varlığımızla.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Transport"un borcu 300 mini ötdü

"Hyundai" robot taksi yaratmaq üçün "Avride" ilə birləşdi

Bir il əvvəl yaratdı – 70 min borcu var

Eyni kərə yağı Azərbaycanda 4,9, Ermənistanda 4,3, Gürcüstanda isə 3 dollara satılır

"Aztelekom" 2.6 mln.luq dəstək alır

Avropa Rusiyanın dondurulmuş milyardlarını necə ələ keçirə bilər?

Kənd təsərrüfatı üçün müxtəlif planlar – Bu sahəni necə canlandırmaq olar?

Kripto bazarında diqqətlər Ağ Evdəki sammitə yönəlib

"ByteDance" ABŞ-dəki işçilərinin səhmlərini rekord qiymətə geri alır - "Bloomberg"

Məşhur basketbolçuların formaları hərracda 20 mln. dollara satılacaq

İcra Hakimiyyəti 7 maşına 1.5 mln. ayırdı

"DİM" 70 min AZN-dən çox taksi pulu ödəyəcək

"DHL" böyük işçi ixtisarlarına hazırlaşır

AMB bu il ikinci dəfə faiz dərəcələrini endirib

İş və şəxsi həyat arasında necə balans yaradaq?

İş və şəxsi həyat arasında necə balans yaradaq?

"Garantex" kriptobirjası 2,5 milyard rublun bloklandığını açıqladı

Xaricdə doktorantura təhsili ilə bağlı meyarlar müəyyənləşib

"AzTV"nin 48 minlik tenderi ləğv edildi

Prezidentdən Sahil Babayevlə bağlı SƏRƏNCAM

"Azpetrol"dan "Aİ-95" benzini vurdu, maşını sıradan çıxdı

Qarlı havaya görə dörd mindən çox avtomobilə 3 mln. manatadək ziyan dəyib

Agentlik Lənkəranda ofis axtarır - Ayda 4 min 60 manat ödəyəcək

Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı mühüm qərar

"Leobank" tətbiqindəki texniki problemlə bağlı açıqlama: "Hər hansı pul itkisi yoxdur"

"Leobank" tətbiqindəki texniki problemlə bağlı açıqlama: "Hər hansı pul itkisi yoxdur"

İlon Maskın sərvəti 2024-ün dekabrından bəri 116 milyard dollar azalıb

Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Agentliyin 2 tenderi eyni səbəbdən ləğv olundu

Sədrin müşaviri direktor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin