BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7643
  • RUB
    1.6887
  • TRY
    0.0473
  • GBP
    2.1203
64100

Süni intellekt son illərdə bir çox sahədə işləri asanlaşdırmaq və sürətləndirmək məqsədilə geniş şəkildə istifadə olunur. Kod yazımında da bu texnologiyanın tətbiqi artmaqda davam edir. Bir çox İT mütəxəssisləri kod yazımında sün intellekt sistemlərindən faydalanır. 

Bu zaman sual yarana bilər ki, kod yazılımında süni intellektdən istifadə etmək nə dərəcədə güvənli hesab edilir?

İT mütəxəssisi Vahid Qasımov Valyuta.az-a açıqlamasında bildirdi ki, kod yazma prosesi süni intellekt vasitəsilə daha sürətli və effektiv şəkildə həyata keçirilə bilər və bu, müasir iş dünyasında vacibdir:

“Süni intellekt bizə nəticələri ona verilən tapşırıq və təlimatlara əsasən verir. Heç bir süni intellekt özü kod yaza bilməz, bütün əməliyyatlar ona verilən göstərişlərə uyğun olaraq həyata keçirilir. Buna görə də, əldə olunan kodun keyfiyyəti birbaşa süni intellektə verilən tapşırığın dəqiqliyi, tamlığı və təzadlardan azad olmasına bağlıdır. Çox vaxt süni intellektdən alınan kodun keyfiyyəti, ona sorğu verənin peşəkarlığı ilə əlaqədardır. Deməli, əldə edilən kod da istifadəçinin səviyyəsini əks etdirir, yəni hər kəs öz bacarıq səviyyəsinə uyğun nəticə əldə edir”.

Mütəxəssis qeyd edib ki, süni intellekt internetdə mövcud olan kodlardan istifadə edərək onları kompilyasiya edir və nəticəni təqdim edir:

“İnternetdəki real kodlar isə müxtəlif səviyyələrdəki proqramçılar tərəfindən yazıldığı üçün, həmin kodlarda xətalar və ya güvənlik problemləri ola bilər. Buna görə də, süni intellektin təqdim etdiyi kodlar da real nəticələrlə tam uyğun olur və onların keyfiyyəti mövcud olan kodların səviyyəsinə bağlıdır”.

V.Qasımov kodu süni intellektlə yazılan sistemlərdə sonrakı dövrlərdə hansısa problemin yarana bilməsi ilə bağlı da danışıb:

“Proqram təminatının heç biri əvvəldən ideal olmur. Hər bir məhsulun əvvəlcə sınaq versiyası buraxılır, burada səhvlər və bug-lar aşkar edilir və düzəldilir. Sonra ilk versiya bazara təqdim olunur. İstifadəçilərdən gələn iradlar və təkliflər əsasında düzəlişlər və əlavələr edilir. Nəticədə proqramın 2-ci, 3-cü, 4-cü və digər versiyaları çıxır və hər birində yeni düzəlişlər edilir.
Məhsullar süni intellekt yardımı ilə yaradılarsa da, inkişaf prosesi dəyişməməlidir. Səhvlər, problemlər, bug-lar və digər çatışmazlıqların mövcudluğu qaçınılmazdır. Lakin bu, tamamilə normal haldır və məhsulun zamanla düzəldilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsi çox təbii prosesdir”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Körpü-Bina-Tikinti” MMC cərimələnə bilər

Kliniki Tibbi Mərkəzi göz əməliyyatları üçün 100 minlik avadanlıq alır

"Gucci"nin çətin günləri - De Sarnonun istefası

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

Niderland rəsmiləri üçün "DeepSeek" qadağan edildi, Cənubi Koreya isə...

Gənclər və İdman Nazirliyi Qobustanda İdman zalı tikintisinə davam edəcək

"Ceyhan F" MMC-nin məhkəməsi bu tarixdə olacaq

DGK məşhur şirkəti inzibati məsuliyyətə cəlb etdi

"Bitcoin" 400 min dollar? - "Standard Chartered" 3 illik proqnozunu açıqladı

"İnnovasiya və Təchizat Mərkəzi" İmtiyazlı xəstələr üçün 17 milyon manatlıq dərman alacaq

"İsmayıloğulları" MMC inzibati xəta törədib

"Siemens"in artan I rüb gəlirləri - Hesabat

Mark Zukerberqin sərvəti son 1 ayda 40 milyard dollar artdı

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

“Sumqayıt Taxıl Em” məhkəmə qarşısında

“Turan Trade Company” böyük məbləğdə cərimələnə bilər

Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi - RƏSMİ

Universitetlərin Bakının mərkəzindən köçürülməsi ilə bağlı Nazirdən açıqlama

Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib

Nazir: “Daşkəsəndə bir şagirdə təhsil müddətində 90 min xərclənir”

Nazirlik: Yaxın aylarda müavinət və təqaüdlərin də artırılması nəzərdə tutulur

"Məktəblər də dəyişkən iş qrafikinə keçiriləcək"

"Məktəblər də dəyişkən iş qrafikinə keçiriləcək"

"Azerspace-1" üçün 1,3 milyonluq sığorta müqaviləsi

Sahibkarların manatla aldıqları kreditlərə təminat verilməsi qaydası dəyişib

"Volvo"nun IV rüb gəlirləri, 2025-ci il üçün proqnozları - Hesabat

Azərbaycan qazı ilə isinən Avropa ölkələri - SİYAHI

Emin Əmrullayev: Qanunvericilikdə müvafiq dəyişiklik olsa, doktorantura təhsili birpilləli sistemə keçirilə bilər

Azərbaycanda repetitorluq mərhələli şəkildə ləğv ediləcək

Azərbaycanda kreditlərlə bağlı yeni fərman imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin