BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
63482

“Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri Qırmızı xətt ilə Yaşıl xəttin birləşdiyi Cəfər Cabbarlı və 28 May stansiyalarında xətlərin ayrılmasıdır”.

Bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib.

Onun sözlərinə görə, dünya praktikası da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

“İlkin planımıza əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını ayırmaq nəzərdə tutulur. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər davam edəcək, “İçərişəhər” stansiyasından yola düşən qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcək. Bununla intervalları qismən azaldacağıq”, - deyə “Bakı Metropoliteni” QSC-nin sədri vurğulayıb.

Hazırda Qırmızı və Yaşıl xətlərə yalnız bir, “Nərimanov” deposunun xidmət göstərdiyini deyən Vüsal Aslanov “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırıldığını sözlərinə əlavə edib:

“Bu depo istifadəyə verildikdən sonra Yaşıl xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri “İçərişəhər” və “Xətai” stansiyalarında geridönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar”.

V.Aslanov vurğulayıb ki, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir:

“Yeni nəsil vaqonlardan istifadə edirik və bu vaqonların enerji sərfiyyatı köhnə nəsil vaqonlardan daha çoxdur. Bu həllər növbəli qaydada idarə olunacaq. Yaxın gələcəkdə bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən azalmaları hiss edəcəyik. Bu tədbirlər bütövlükdə bir il yarım, iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə qədər azalda biləcəyik”,- deyə sədr bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BƏƏ ABŞ-yə 1.4 trln. dollar sərmayə yatıracaq

Sabah külək güclənəcək

Azərbaycanda müavinət və təqaüdlər artacaq

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Ötən il qeyri-neft-qaz sektorunda 11.5 mlrd. dollar kəsir qeydə alınıb

Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır? - AÇIQLAMA

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı

Liderlikdə səsin gücü - 5 vacib faktor - SƏHƏR OXUSU

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin