BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
63000

Almaniyada 23 fevral 2025-ci ildə keçiriləcək seçkilərə hazırlıqlar davam edir. Ölkədə 56 partiya və siyasi təşkilat ümumi seçkilərə qatılmaq üçün müraciət edib. Bu partiyalardan biri də yaxın zamanda qurulan "Dönər Partiyası"dır.

Valyuta.Az xəbər verir ki, Almaniya Seçki Komissiyasının açıqlamasına görə, "7 yanvar son müraciət tarixinə qədər 56 partiya və siyasi təşkilat 23 fevral 2025-ci il tarixində keçiriləcək Federal Məclis seçkilərinə qatılmaq üçün rəsmi müraciət edib. Qeydiyyat üçün lazım olan şərtlərin yerinə yetirilib-yetirilmədiyi ilə bağlı qərar 14 yanvarda veriləcək."

Almaniyanın siyasi arenasına yeni qatılan və Bavariya əyalətinin Ayxax qəsəbəsində qurulan "Dönər Partiyası"nın rəsmi adı "Əsas resursların iqtisadi baxımdan yenidən təşkil edilməsi üçün Alman Partiyası"dır.

İqtisadi böhranın simvoluna çevrilən dönər

"VOA Türkçe"nin xəbərinə görə, partiyanın qurucuları olan üç Alman vətəndaşı dönərin Almaniyada iqtisadi böhranın simvoluna çevrildiyini və eyni zamanda çox sevilməsi səbəbilə partiyanın adını "Dönər Partiyası" olaraq qısaltdıqlarını bildirib.

Partiyanın seçki üçün irəli sürdüyü hədəflər arasında "gələcək üçün təhlükəsiz infrastruktur, insan və təbiət üçün sağlamlıq, gəlirli işlər və sahibkarlıq təşəbbüsü, müasir və humanist bir dövlət" kimi siyasi tələblərlə yanaşı, dönərin ən çox 3,5 avroya satılması tələbi də var.

Partiyanın sloqanı isə "Almaniyanın ən dadlı partiyası" olaraq seçilib. "Dönər Partiyası"nın Avstriyada qurulan "Pivə Partiyası"nı özünə nümunə aldığı bildirilir. Avstriya "Pivə Partiyası" ölkədə səhiyyə sisteminin yaxşılaşdırılması və ölkə üzrə pivə bulaqlarının qurulması kimi mövzularda kampaniyalar aparmış və 2022-ci il prezident seçkilərində 8,3% səs toplayaraq üçüncü olmuşdu.

Dönər qiymətləri Almaniyanın gündəmindən düşmür

Almaniyada dönər qiymətləri son illərdə ölkədə inflyasiya və ərzaq qiymətlərindəki artış müzakirələrinin bir hissəsinə çevrilib və cəmiyyət daxilində həyat bahalılığının simvolu kimi görülür.

Son 5 il ərzində qiyməti təxminən 100% artan dönər keçən ilin fevral ayında Yaşıllar Partiyasının millət vəkili Hanna Ştaynmyuller tərəfindən Federal Məclisdə gündəmə gətirilib. Millət vəkili hökumətdən qiymətlərə yuxarı hədd tətbiq edilməsini tələb edib.

Bunun ardından Almaniya kansleri Olaf Şolts "Son vaxtlarda, xüsusilə gənclərdən dönər qiymətinə yuxarı hədd tətbiq edilməsi ilə bağlı tələblər gəlir. Ancaq biz sərbəst bazar iqtisadiyyatında yaşayırıq və qiymətlər tələb və təklifə əsasən müəyyən edilir. Eyni zamanda dönər istehsalçılarının da ödəməli olduqları xərclər var. Buna görə də dönər qiymətinə yuxarı hədd qoyulmayacaq," şəklində açıqlama verib.

Dövlət dönəri subsidiyalaşdıra bilərmi?

Müxalifətdə olan "Sol Partiya" isə keçən ilin iyun ayında Avropa Parlamenti seçkiləri öncəsi dövlətin dönəri subsidiyalaşdırmasını və hər kəsə həftədə bir dəfə pulsuz dönər verilməsini tələb edib. "Sol Partiya" həmçinin tələbələrə 2,5 avroya endirimli dönər təklif edilməsini də istəyib.

Digər tərəfdən keçən yay İstanbul mərkəzli Beynəlxalq Dönər Federasiyasının dönəri Avropa Birliyində "ənənəvi türk məhsulu" olaraq qeydiyyatdan keçirmək tələbi Almaniyada geniş müzakirələrə səbəb olmuşdu.

Almaniyadakı istehsalçılar Avropa Birliyinə 10 ayrı etiraz ərizəsi təqdim edib. Müraciətdə dönərin yalnız 55 sm uzunluğunda bıçaqla kəsilməsi, ətin əldə edildiyi heyvanın yaşı ilə bağlı məhdudiyyətlər və ədviyyat tərkibi kimi ciddi qaydalar yer alıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer 22 aprel 2024-cü ildə Türkiyəyə etdiyi səfər zamanı dönərin Berlinə gələn türk işçilər tərəfindən inkişaf etdirilərək Almaniyanın milli yeməyinə çevrildiyini vurğulamışdı.

Almaniyada əhalinin 34%-i həftədə bir dəfə dönər yeyir

Müxtəlif statistikalar Almaniyada əhalinin 34%-nin həftədə ən azı bir dəfə dönər yediyini göstərir. Almaniyada dönərin paytaxtı kimi tanınan Berlində çörək arası dönərin orta qiyməti 7 avro, Hamburq və Münhendə isə 9 avroya çatıb.

Dönər satıcıları qiymət artışlarının əsas səbəbi olaraq icarə, enerji və ərzaq qiymətlərinin bahalaşmasını göstərir. Hazırda yalnız Berlində təxminən 1600 olmaqla, Almaniya üzrə 16 mindən çox büfe və fast-food dükanında dönər satılır. Gündəlik olaraq 400 ton dönər istehlak edilir və illik 2,4 milyard avro dövriyyəlik bir bazar formalaşıb.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

"OpenAI" şirkətin inkişafını ləngitdiyinə görə İlon Maskı məhkəməyə verir

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Elçin Ələkbərli departament rəhbəri təyin edildi

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır - İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin