BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
62881

Yer kürəsinin temperaturu sürətlə artaraq, sənayeləşmə dövründən əvvəlki səviyyədən 1,5 dərəcə yüksək olub. 2023 və 2024-cü illərdə müşahidə olunan “El Nino”nun təsirləri ilə isti hava rekordları qırıldı. Elm adamları bunun müvəqqəti dəyişiklik, yoxsa qlobal istiləşmənin sürətlənməsinin əlaməti olduğunu müzakirə edirlər.

Bu sual keçən ay Vaşinqtonda keçirilən Amerika Geofizika Birliyinin (AGU) iclasında müzakirə olundu.

Valyuta.az xəbər verir ki, bəzi elm adamları bu qəfil artımın bir neçə amillə izah oluna biləcəyini iddia edirlər.

“El Nino istiləri”

Bunlardan biri, 2023-cü ilin ortalarında başlayan “El Nino” hadisəsidir. “El Nino” Sakit Okeanın şərq hissəsinin tropiklərindəki isti suyun yığılması zamanı baş verən və ümumiyyətlə daha isti və daha fırtınalı hava şəraitinə səbəb olan təbii hava nümunəsidir.

Digəri isə, son bir neçə ildə hava çirkliliyinin artmasıdır. Havanın çirklənməsi günəş işığını yenidən kosmosa əks etdirməklə və aşağı səviyyəli buludların əmələ gəlməsini təşviq etməklə planeti soyuda bilər.

"Aşağı səviyyəli bulud örtüyünün azalması"

Tədqiqat qrupu Şimal Yarımkürəsi və tropik bölgələrdə aşağı səviyyəli bulud örtüyündə azalma aşkar edib. Bu azalma, “El Nino” ilə birləşərək 2023-cü ildəki istilik artışına səbəb olmaq üçün kifayət qədər böyük idi. Bununla belə, azalmanın nədən qaynaqlandığı və bunun normal iqlim dəyişkənliyi ilə əlaqələndirilə biləcəyi aydın deyil. Tədqiqat müəlliflərinə görə, yalnız hava çirkliliyinin artması bu vəziyyəti tam olaraq izah etmir.

"Çox diqqətli olmalıyıq"

Tədqiqatçılar qlobal istiləşmənin öz-özünə bulud örtüyünün azalmasına səbəb ola biləcəyini və onilliklər ərzində iqlim dəyişikliyinin sürətlənməsinə səbəb ola biləcək geribildirim dövrəsinin yarada biləcəyini irəli sürür. Almaniyadakı Alfred Vegener İnstitutunun fiziki Helge Goessling bildirib ki, bu, iqlim dəyişikliyinin sürətləndirilməsinin açıq sübutu olduğunu söyləmək üçün çox diqqətli olmalıyıq, amma hər an nəsə baş verə bilər.

"2023-cü ildə əvvəlki rekordlar alt-üst oldu"

2023-cü ildəki havanın tempraturu qlobal temperatur proqnozlarından artıq oldu. Sənayeləşmə dövründən əvvəlki dövrlə müqayisədə orta hesabla 1,45 dərəcə istiləşmə qeydə alındı və əvvəlki rekordlar alt-üst edildi. Bu tempratur səviyyəsi alimlərin əvvəlki tendensiyalar və modellərə əsaslanaraq gözlədiyi aralıqdan kənarda idi.

"2024-cü il ən isti il kimi tarixə düşdü"

Alimlər 2024-cü ilin əvvəllərində “El Nino” səbəbindən ilin isti bir il olacağını proqnozlaşdırırdılar. Bununla belə, bu hava modelinin təsirinin azalması və Sakit Okeanın ekvatorial hissəsində hava şəraitinin normaya dönməsindən sonra temperaturun düşməsi gözlənilirdi. Bunun əvəzinə, qlobal temperatur yüksək qalmağa davam etdi, daha çox rekord qırıldı və böyük bir fərqlə 2024-cü il indiyə qədərki ən isti il olaraq tarixə düşdü.

"Qlobal istiləşmənin sürətlənməsinə dair sübutlar varmı?"

Bəzi alimlər bu böyük temperatur artışının iqlim məlumatlarında müvəqqəti dəyişikliyə işarə edə biləcəyini irəli sürüblər. Bunun böyük ölçüdə okeanda üzən gəmilərdəki hava çirkliliyi ilə bağlı yeni tənzimləmələrdən qaynaqlandığı irəli sürülür. 2020-ci ildə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı beynəlxalq sularda üzən gəmilərdən kükürd emissiyalarını 80 faiz azaltmağı tələb edən bir qayda tətbiq etdi. Avqust ayında yayımlanan peyk görüntüsü təhlili göstərir ki, kükürd tərkibli çirkləndirici hissəciklərin aşağı səviyyəli duman əmələ gətirməsi əhəmiyyətli dərəcədə azaldığını göstərir. Bu dəyişikliklərin Goessling komandasının qeyd etdiyi bulud örtüyünün ümumi azalması ilə əlaqəli olduğu görünür.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu tələbələrə təqaüd veriləcək - Nazir açıqladı

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi - Anons

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin