BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
62758

"Bitcoin" (BTC) bu həftə 100 min dollar səviyyəsini aşdıqdan sonra Asiya sessiyasında 5 faiz azalaraq 95 min 400 dollara qədər gerilədi. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, ən böyük altkoin "Ethereum" (ETH) isə 24 saat ərzində 8,5 faiz dəyər itirərək 3 min 300 dolların üzərində dayanıqlığını qorumağa çalışır. "Dogecoin" ($0.342516, DOGE) və "Avalanche" ($43.7, AVAX) kimi aparıcı altkoinlərdə isə itkilər 10 faizdən çox olub.  

FED-in pul siyasəti və inflyasiya narahatlıqları təsir göstərdi 

Analitiklərin fikrincə, həftənin əvvəlində "Bitcoin" və "Ethereum"-un qiymətləri bazarlardakı optimizm fonunda yüksəlişə keçmişdi. Lakin "Presto Research" analitiki Min Junun sözlərinə görə, ABŞ iqtisadiyyatından gələn son məlumatlar həm kriptovalyuta, həm də ənənəvi bazarlarda satış təzyiqi yaradıb.  

Jun bildirib:  

“Kriptovalyutalar kimi NASDAQ və S&P 500 də 1 faizdən çox dəyər itirdi. ISM göstəriciləri ABŞ iqtisadiyyatının gözləniləndən daha sürətli böyüdüyünü göstərdi. Bu da inflyasiyanın qalıcı olacağı narahatlığını artıraraq istiqraz gəlirlərini yüksəltdi. 10 illik ABŞ istiqrazlarının gəliri aprel ayından bəri ən yüksək səviyyəyə çatdı.”  

"BTC Markets" kriptovalyuta analitiki Reyçel Lukas isə investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacağını gözlədiyini bildirib. 

Lukas qeyd edib:  

“FED sədri Cerom Pauellin (Jerome Powell) dekabr ayında verdiyi açıqlamalar faiz endirimi ümidlərini azaldaraq bazardakı dəyişkənliyi artırdı.”  

Bazarlar Trampın vəzifəyə başlamasını gözləyir  

Donald Trampın (Donald Trump) 20 yanvar tarixində keçiriləcək andiçmə mərasimi öncəsi bazarlardakı dalğalanmanın davam edəcəyi gözlənilir. Lukasın fikrincə, yeni administrasiyanın kriptovalyutalara dair siyasəti diqqətlə izlənəcək. Konqresdə kriptovalyuta tərəfdarı çoxluq və Xəzinə Nazirliyi üçün Skott Bessentin (Scott Bessent) təyin edilməsi kimi məsələlər kriptovalyutaların gələcəyi üçün vacib siqnallar verir. Bundan əlavə, İlon Maskın (Elon Musk) məsləhətçi kimi fəaliyyət göstərəcəyi də sektorda maraqla izlənir.  

Bununla yanaşı, investorlar yanvar ayında açıqlanacaq mühüm iqtisadi məlumatlara diqqət yetirirlər. Xüsusilə 15 yanvar tarixində yayımlanacaq İstehlak Qiymətləri İndeksi (TÜFE) FED-in pul siyasəti və inflyasiya risklərinə dair vacib ipucları təqdim edəcək. Bundan başqa, bu həftə açıqlanacaq qeyri-kənd təsərrüfatı məşğulluq məlumatları və FED-in iclas protokolları bazarların istiqamətini müəyyən edə bilər.  

"CME Group"-un "FedWatch" aləti hazırda FED-in 29 yanvar iclasında faiz dərəcəsini 4,25-4,5 səviyyəsində sabit saxlaması ehtimalını 95,2 faiz kimi göstərir. Analitiklər bu gözləntilərin bazardakı dəyişkənliyi artırdığını bildirirlər.  

Aydın

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur – VİDEO

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bu yağ da saxta çıxdı - Marketlərdən yığışdırılır - FOTO

Azərbaycanda 2025-ci ilin inflyasiya proqnozları –hansı təşkilat daha uzaqgörəndir?

"Fitch" pessimist proqnozu artırır

Bu mədrəsə MMC-yə çevrilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin