BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
62522

"Morgan Stanley" istixana qazı emissiyalarının azaldılmasını dəstəkləmək üçün yaradılmış qlobal bankçılıq ittifaqından ayrılan sonuncu "Wall Street" bankı oldu.  

Bank yaydığı açıqlamada ittifaqdan ayrıldığını bildirib. Bu həftənin əvvəlində "Citigroup Inc." və "Bank of America Corp." da ittifaqdan ayrılmaq qərarı vermişdi.  

ABŞ-da banklar Respublikaçı siyasətçilər tərəfindən kəskin tənqidlərə məruz qalıb. Noyabr ayında Texas ştatında kömür tədarükünü məhdudlaşdırmaq üçün iqlimə uyğun investisiya strategiyalarından istifadə etdiklərinə görə, "BlackRock Inc.", "Vanguard Group Inc." və "State Street Corp." şirkətlərinə qarşı antitrest qanunlarını pozma iddiası ilə məhkəmə iddiaları qaldırılmışdı.  

Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə "Glasgow Financial Alliance for Net Zero" tərəfindən koordinasiya edilən ittifaq bu həftənin əvvəlində etdiyi açıqlamada “xüsusi kapitalın cəlb edilməsi səylərini ikiqat artıracağını” və enerji keçidini dəstəkləmək üçün yeni dəyişikliklər etdiyini bildirib.  

"Goldman Sachs" və "Wells Fargo" da ittifaqdan ayrılan banklar arasındadır. Bütün banklar öz sıfır karbon emissiyası hədəflərinə və müştərilərinin karbon izlərini azaltmalarına kömək etməkdə qərarlı olduqlarını bildiriblər.  

"Net-Sıfır Bankçılıq İttifaqı", kredit, investisiya və kapital bazarı fəaliyyətlərini 2050-ci ilə qədər sıfır istixana qazı emissiyası ilə uyğunlaşdırmağı öhdəsinə götürən aparıcı qlobal banklardan ibarətdir.  

2021-ci ilin aprelində fəaliyyətə başlayan ittifaqın ümumi aktivləri 74 trilyon dollar olan, 44 ölkədən 145 üzvü var idi.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin