BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9335
  • RUB
    2.0591
  • TRY
    0.0442
  • GBP
    2.2638
62445

Avropa ölkələrində uşaqların onlayn həyatlarını nəzərə alaraq, bəzi ölkələr məktəblərdə smartfonların istifadəsini məhdudlaşdıran tədbirlər həyata keçirməyə başlayıblar.  

Valyuta.Az xəbər verir ki, "UNESCO"nun 2023-cü ildə dərc etdiyi "Qlobal Təhsil Monitorinqi" adlı hesabatda telefonların yalnız tədrisi dəstəkləmək məqsədilə sinifdə istifadə edilməsinin vacibliyi vurğulanır. Birləşmiş Millətlər Təşkilatının bu il apardığı yeni analizə görə, 60-dan çox ölkədə belə tədbirlər həyata keçirilib.  

Bəzi hesabatlarda smartfonların uşaqların təhsil alarkən diqqətinin yayınmasına səbəb ola biləcəyi qeyd olunsa da, mütəxəssislər məktəbdə istifadəsini dəstəkləyən arqumentlərin də olduğunu bildirirlər.  

London Kral Kollecində texnologiya və cihazların uşaqlara təsirini araşdıran tibb statistikası professoru Ben Karter (Ben Carter), "Məktəblərdə qadağaların müsbət, yoxsa mənfi təsir göstərməsi ilə bağlı yekdil fikir yoxdur", – deyə qeyd edib. O, bəzi müəllimlərin smartfonları tədrisə kömək etmək və ya ev tapşırıqlarını idarə etmək üçün istifadə etdiyini, digərlərinin isə onların diqqəti yayındırdığını düşünərək əleyhinə olduğunu bildirib.  

1. Fransa

Fransada 2018-ci ildən etibarən ibtidai və orta məktəblərdə mobil telefonların istifadəsi qadağan edilib. Bu il isə hökumət daha irəli gedərək, "rəqəmsal fasilə" testinin bir hissəsi kimi, təxminən 200 məktəbdə mobil telefonların istifadəsini məhdudlaşdırıb.  

2. İngiltərə  

İngiltərədə İşçi Partiyasından olan bir millət vəkili, uşaqlar arasında asılılıq yaradan telefon istifadəsinə qarşı mübarizə məqsədilə yeni qanun layihəsi təklif edib. Bu qanun layihəsi 2025-ci il martın 7-də Avam Palatasında ikinci dəfə səsverməyə çıxarılacaq.  

Layihədə məktəblərdə smartfonların qadağan olunması nəzərdə tutulsa da, İngiltərə hökuməti "Euronews Next"ə açıqlamasında uşaqlar üçün smartfon və ya sosial media qadağası tətbiq etməyi planlaşdırmadıqlarını bildirib.  

Elm, İnnovasiya və Texnologiya Nazirliyinin nümayəndəsi, "Biz gənclərin həm müasir texnologiyalardan faydalanmasını, həm də təhlükəsizliyini təmin edəcək ən yaxşı üsulu tapmağa çalışırıq," – deyə qeyd edib. O, əlavə edib ki, yaxın zamanda qüvvəyə minəcək "Onlayn Təhlükəsizlik Qanunu" daha çox müdafiə tədbiri təmin edəcək.  

Bununla yanaşı, Təhsil Nazirliyi bu il məktəblərin mobil telefon qadağasını necə tətbiq etməli olduqları barədə hüquqi qüvvəsi olmayan bir təlimat yayımlayıb və məktəb rəhbərlərinə öz siyasətlərini müəyyənləşdirmək səlahiyyəti verildiyini bildirib.  

3. Niderland

Niderlandda smartfonların tədris xaricində istifadəsinə dair qadağa bu ilin yanvar ayında ibtidai və orta məktəblər üçün qüvvəyə minib.  

Hollandiya hökumətinə görə, smartfonlar şagirdlərdə zəif nəticələrə və diqqət problemlərinə səbəb ola bilər. Qadağa məktəblərdə smart saatları və planşetləri də əhatə edir.  

Bununla belə, qadağaya fiziki məhdudiyyətləri, xüsusi təhsil ehtiyacları və ya tədris üçün tələb olunan vəziyyətləri olan şagirdlər üçün istisnalar daxildir.  

4. İtaliya
  
İtaliyada nazirlik qərarı əsasında məktəbəqədər təhsildən orta məktəbə qədər olan təhsil müəssisələrində, hətta tədris məqsədli olsa belə, sinifdə mobil telefon istifadəsi qadağan edilib.  

Ancaq fərdi təhsil və ya fiziki məhdudiyyətləri olan şagirdlərin ehtiyaclarını qarşılamaq üçün istifadə zəruri olduqda istisnalar mövcuddur.  

5. Macarıstan
  
Macarıstan 2024-cü ilin sentyabrından etibarən ölkə üzrə məktəblərdə mobil telefon qadağasını tətbiq etməyə başlayıb. Qərardan sonra etiraz aksiyaları təşkil edilib və müəllimlər birliklərinin rəhbəri bu qadağanı "vaxtını keçmiş" bir addım kimi dəyərləndirib.  

6. İspaniya
  
İlin əvvəlində İspaniyanın təhsil naziri məktəblərdə smartfon istifadəsi siyasətinə dair vahid yanaşma hazırlamaq üçün regional nümayəndələrlə görüş keçirib.  

Həmin dövrdə nazirlik bildirib ki, İspaniyanın təxminən yeddi regionunda məktəblərdə mobil telefon istifadəsinə dair tənzimləmələr həyata keçirilir. Nazirlik "Euronews Next"ə açıqlamasında məktəblərdə telefon istifadəsinin regionlar tərəfindən tənzimlənən bir siyasət olduğunu təsdiqləyib.  

7. İrlandiya
  
İrlandiyada məktəblərdə mobil telefon qadağasını ölkə üzrə tətbiq etmək üçün işlər davam edir.  

Təhsil Nazirliyinin nümayəndəsi açıqlamasında, "Bu proqram üçün bir dəfəlik olaraq 9 milyon avro dəyərində mühüm sərmayə ayrılıb və bu sərmayənin tədris ili başa çatmamış tətbiq edilməsi nəzərdə tutulur," – deyə bildirib.  

Nümayəndə qeyd edib ki, "Təhlükəsiz, möhkəm və kilidlənə bilən saxlama həlləri məktəblərə məxsus olacaq və gələcəkdə yenidən istifadə edilə biləcək." Bunun bir çox məktəblər üçün böyük dəyişiklik olmayacağı, lakin "mobil telefona yox" siyasətini tətbiq etmək üçün vahid yanaşma təmin edəcəyi vurğulanıb.  

8. İsveç
  
İsveçdə mobil telefonların yalnız tədris məqsədilə istifadəsinə icazə verilir və onların istifadəsinə məktəb rəhbərliyi qərar verir. Yerli məlumatlara əsasən, hökumət bu istiqamətdə daha sərt tədbirlər görməyi planlaşdırır.  

Həmçinin, ölkənin ictimai səhiyyə qurumu yaxınlarda uşaqların ekran qarşısında keçirdikləri vaxtla bağlı təlimat yayımlayıb. Təlimatda iki yaşından kiçik uşaqların rəqəmsal medianı istifadə etməməsi və böyük uşaqların ekran vaxtının məhdudlaşdırılmasının vacibliyi qeyd olunub.  

9. Belçika  

Belçikanın Fransızdilli və Valoniya-Brüssel Federasiyası kimi tanınan icması 2025-2026 tədris ilindən etibarən məktəblərdə mobil telefonların və digər elektron cihazların əyləncə məqsədilə istifadəsini qadağan etmək qərarına gəlib.  

Federasiyanın təhsil naziri Valeri Qlatini (Valérie Glatigny) bu qadağanın məqsədinin "şagirdlərin diqqətini artırmaq və daha sağlam bir təhsil mühiti yaratmaq" olduğunu bildirib.  

10. Yunanıstan  

Bu tədris ilindən etibarən Yunanıstanda şagirdlər dərs zamanı mobil telefonlarını çantalarında saxlamaq məcburiyyətindədirlər.  

Yunanıstan Baş Naziri Kiryakos Mitsotakis (Kyriakos Mitsotakis) avqust ayında etdiyi çıxışda məktəblərdə mobil telefon istifadəsinə dair dəlillərin çox güclü olduğunu qeyd edib. O bildirib: "Diqqətin yayınmasından tutmuş digər mühüm məsələlərə qədər, mobil telefonların gün ərzində məktəbdə yeri yoxdur."  

11. Latviya  

Latviyada 6-cı sinfə qədər olan şagirdlərin 2025-ci il mayın 31-dən etibarən mobil telefon istifadəsinə icazə verilməyəcək.  

Lakin Latviya parlamenti Seyminin verdiyi açıqlamaya görə, tədris prosesi zamanı telefona ehtiyac olduqda istisnalar mümkün olacaq.  

12. Lüksemburq  

Lüksemburq Təhsil Nazirliyinin məlumatına görə, 2025-ci ilin Pasxa bayramından etibarən 11 yaşına qədər olan uşaqlar üçün ibtidai məktəblərdə smartfon istifadəsi qadağan ediləcək.  

Orta məktəblərdə isə dərs zamanı şagirdlərlə smartfonları arasında "fiziki məsafə" olmalıdır və məktəblər əlavə məhdudiyyətlər tətbiq etməkdə sərbəstdir.  

Lüksemburq Təhsil Naziri Klaud Meyş (Claude Meisch) bildirib: "Həddidən artıq smartfon və sosial media istifadəsinin övladlarımız üzərindəki təsirlərindən narahatam." O əlavə edib: "Rəqəmsal dünya ilə real həyat arasında düzgün balansın qurulması vacibdir. Bu balansı təmin etmək üçün evdə, məktəbdə və cəmiyyətimizdə düzgün qaydalara ehtiyacımız var."  

13. Finlandiya

Finlandiya hökuməti isə qanunvericilikdə dəyişiklik etməyi planlaşdırır.  

Təhsil və Mədəniyyət Nazirliyinə görə, gələn il qəbul edilməsi planlaşdırılan bir təklif şagirdlərin mobil telefonlarından yalnız tədris məqsədilə və ya sağlamlıq səbəblərinə görə istifadə etmələrinə icazə verilməsini nəzərdə tutur.  

14. Türkiyə

Türkiyədə Milli Təhsil Nazirliyi yeni qaydalarla sinif daxilində mobil telefonlar da daxil olmaqla bütün rəqəmsal cihazların istifadəsini qadağan edib.

2024-2025-ci tədris ili üçün məktəblərdə telefon istifadəsinə dair yayımlanan ümumi qərarda, smartfonların şagirdlərin diqqətini yayındırdığı və tədris prosesinə mənfi təsir göstərdiyi vurğulanaraq telefon istifadəsinə qadağa tətbiq edildiyi qeyd olunub.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı Dövlət Universitetinin məzunları iş tapa bilir? - RƏQƏMLƏR

Bu nazirlik avtomobillərini 1000 manata satır

“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb

“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb

Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir –Tam siyahı

Bu 3 rayon və 2 şəhərdə təbiətə 108 mindən çox ziyan vurulub

Sumqayıtın bu ərazilərində su olmayacaq

Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi®

AMB hesabatları gecikdirən kredit ittifaqına məcburi göstəriş verdi

Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? - AÇIQLAMA

Azərbaycanlı iş adamı oğurlandı

Bu taksi sürücüləri cərimə olunacaq

AMB “Finoko” BOKT-a vaxtında təqdim olunmayan hesabatlara görə məcburi göstəriş verib

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir

2025-ci ilin ilk rübündə sığorta bazarına kimlər liderlik edib? - TOP 5

Nazir yeni direktor təyin etdi

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb®

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb®

May ayının hava proqnozu

DİM bəzi imtahanların başlama saatını dəyişdi

Yeni nəsil media interfeysi GPMI, HDMI-nı əvəz edə bilərmi?

“Azərkosmos”da 16 min manatlıq ziyafət

Kino Agentliyinə baş direktor təyin edildi

“Yeganə” şadlıq sarayının rəhbərinə protokol yazıldı, məhkəmə icraata xitam verdi

May ayında neçə gün iş olmayacaq?

Səsli mesajları sevmirsiniz? - "WhatsApp"dan yeni funksiya

11 "WhatsApp" qrupu açıb, 1 milyon manatdan çox pulu mənimsədi - 10 il həbsdə yatacaq

May ayının ilk günü hava yağmursuz olacaq

"Elmin və Harmoniyanın Qovuşması” - CaspiMayr və Viva La Vida uzunömürlülüyə yeni yol açır

Azərbaycanda avtomobil kreditləri bahalaşıb

Abbas Əliyevə yeni vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin