BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
61923

Yaponiyanın avtomobil nəhəngləri "Honda" və "Nissan" qarşılıqlı biznes inteqrasiyası haqqında anlaşma memorandumu imzalayıblar. 

Valyuta.az xəbər verir ki, bu barədə avtomobil istehsalçılarının press-relizində deyilir.

"Yeni yaradılan müştərək holdinqin səhmlərinin Tokio Fond Birjasına çıxarılması planlaşdırılır. Listinq 2026-cı ilin avqust ayına planlaşdırılıb. Birgə holdinqin listinqi ilə həm "Nissan", həm də "Honda" müştərək holdinqin bütövlükdə törəmə müəssisələrinə çevriləcəklər", deyə məlumatda bildirilir.

"Honda" həmçinin öz səhmlərinin 1,1 trilyon yen (7 milyard dollar) hissəsini geri almaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar zamanı birləşdirilən şirkətin strukturu müzakirə olunacaq, bu məqsədlə inteqrasiya komitəsi yaradılıb. Avtomobil istehsalçıları tədqiqat və inkişaf, istehsal və satınalma sahələrində güclərini birləşdirməyi planlaşdırırlar.

Qeyd edək ki, martın əvvəlində elektrikləşdirmə kimi sahələrdə strateji tərəfdaşlıq haqqında müzakirələrə başlanıldığı bildirilmişdi. Bu gün avtomobil istehsalçıları xarici şirkətlərlə rəqabət aparırlar. Amerikanın "Tesla" və Çinin BYD şirkətləri elektrik avtomobilləri, avtonom idarəetmə və proqram təminatının hazırlanması sahəsində liderdir.

Sentyabr ayına qədər olan altı ayda "Nissan"ın xalis mənfəəti, qismən ABŞ-dakı ləng satışlarla əlaqədar olaraq, əvvəlki ilə nisbətən təxminən 94% azalıb. "Nissan "Mitsubishi Motors"un ən böyük səhmdarıdır.

"Honda" ilə birləşmə danışıqları "Mitsubishi"nin mümkün holdinq şirkətinə daxil edilməsi ilə bağlı müzakirələri əhatə edə bilər.

Noyabrda "Nissan Motor Co." dünya üzrə doqquz min iş yerini ixtisar etmək və satışların azalması səbəbindən qlobal istehsal gücünü 20% azaltmaq planını açıqlayıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin