BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
61617

Hazırda olduqca məşhur markalardan biri olan “LC Waikiki”nin bu günə necə gəldiyini maraq doğurur. Hər yaşdan və hər tərzdən insana müraciət etmək böyük bir uğurdur. “Yaxşı geyinmək hər kəsin haqqıdır” şüarı ilə yaddaşlara həkk olunan və hər kəsin alış-veriş edə biləcəyi qiymət aralığına sahib olan “LC Waikiki” çox çətin yollardan keçib.

Valyuta.az “LC Waikiki” yaranması və keçdiyi yol haqqında məlumatları təqdim edir.

Hekayə 1988-ci ildə Fransanın paytaxtı Parisdə başlayır.

O vaxtlar ortaqlardan George Amoual hələ yeni bitirdiyi dizayn məktəbindən sonra bir idman geyimi firmasında çalışır. Digər ortağı Serge Kraif isə turizm sahəsində fəaliyyət göstərir. Eyni həvəskar futbol komandasına aid olmaları nəticəsində yaranan dostluqları, qısa müddət sonra iş ortaqlığına çevrilir.

1988-ci ildə 50 min Fransız frangı kapital ilə “LC Waikiki” şirkəti qurulur.

Şirkət adını Azərbaycanca qarşılığı “Dostlar” mənasını verən “Les Copains” sözlərinin baş hərflərindən və Hawaii-dəki Waikiki çimərliyinin adından alır. “LC Waikiki” başlanğıcda əsasən “t-shirt” və “sweatshirt” dizaynları hazırlayır. Loqosunda isə uşaqların diqqətini çəkə biləcək sevimli bir meymun şəkili yerləşdirir. Bu sevimli loqo, məqsədinə də çatır. Hindistan, Koreya və Yunanıstan kimi ölkələrə toplu sifarişlər göndərilir. “LC Waikiki” Parisdə böyüməyə davam edərkən bu vaxtda İstanbulda xarici ticarətlə məşğul olan Mustafa Küçük digər ortaqları ilə “Taha Tekstil”in qurulmasına başlayır. “Taha Tekstil” tikiş və kəsim atelyesi olaraq qurulur.

Bazar axtarışları zamanı isə “Taha Tekstil” və “LC Waikiki”nin yolları kəsişir.

Bu qarşılaşma nəticəsində ilk sifariş 10 min ədəd meymun loqolu “t-shirtlər” olur. Zamanla “LC Waikiki”nin “Taha Tekstil”in keyfiyyətinə etibarı nəticəsində istehsal etdirdiyi digər ölkələrlə olan müqaviləsini ləğv edib istehsalını tamamilə Türkiyəyə keçirmə qərarı alır.

“Yaxşı geyinmək hər kəsin haqqıdır!” şüarı ilə yola çıxan “LC Waikiki” Türkiyə üzrə mağaza açılışlarına başlayır. 2000-ci ildə hədəf kütləsi uşaqlardan əlavə, modanı izləyən gənclərə də yönəlir və “X-Side” markasının satışları başlayır.

46 ölkədə 900-dən çox mağaza

2009-cu ildə xarici bazarlara açılma qərarı alınır və ilk xarici mağaza Rumıniyada açılır. Ardınca əvvəlcə Avropada, sonra isə Avropadan kənarda mağazalar açılmağa başlayır. Təxminən 46 ölkədə 900-dən çox mağaza açılışı həyata keçirilir və markanın uğuru, sürətlə artaraq bu günə qədər davam edir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin