BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
61416

Maliyyə və sərmayə dünyası bir çox insan üçün mürəkkəb və qarışıq görünə bilər. Amma hər kəsin bu mövzuda müəyyən bir stratejiya və planı olmalıdır. Hər gün qarşımıza çıxan maliyyə qərarları, gələcəyimizi necə quracağımızı və həyatımıza necə yön verəcəyimizi müəyyən edir. Bir çox insan pulunu necə xərcləyəcəyini, qənaət etməyin yollarını, borc məsələlərini və sərmayə qoyuluşlarını nəzarət altına almağı öyrənməlidir. 

Hər birimiz ən yaxşı maliyyə qərarlarını vermək, sərmayələrimizi düzgün şəkildə yönəltmək və gələcəkdə özümüzə rahat bir həyat qurmaq istəyirik. Bu məqsədə çatmaq üçün isə düzgün mənbələrdən və mütəxəssislərdən ilham almaq vacibdir. Aşağıda təqdim olunan kitablar maliyyə planlaması və sərmayə dünyasında özünüzü daha rahat hiss etməyinizə kömək edəcək.

1. Babilin Ən Zəngin Adamı - George S. Clason  

Bu kitab 1926-cı ildə nəşr olunub və şəxsi maliyyə sahəsində ilk populyar kitab olub. Babil, zamanın ən zəngin insanlarına sahib olduğu üçün qədim sivilizasiyaların ən zəngin şəhəri idi. Onlar, pulu artırmaq üçün etibarlı maliyyə prinsiplərini istifadə edirdilər. Gələcəkləri üçün sərmayə qoydular.

2. Ağıllı İnvestor - Benjamin Graham  

Bu kitabda təqdim edilən prinsipləri diqqət və səbrli şəkildə tətbiq edərək:  

- Yatırım və spekulyasiya arasındakı fərqi öyrənib, spekulyasiyalardan qorunacaqsan.  

- Öz yatırım strategiyanı yaradıb, riskə necə yanaşacağını öyrənəcəksən.  

- İstifadə olunan sərmayə fondlarını effektiv idarə etməyi öyrənəcəksən.  

- Krizlərə, inflyasiyaya və panik dalğalarına qarşı vəsaitlərini qoruyacaqsan.  

- Uzun müddətli və sağlam gəlirlər əldə edəcəksən.  

- İstənilən sərvətin doğru dəyərini və qiymətini biləcəksən.

3. Birjada Təsadüfi Müşahidə - Burton G. Malkiel  

Malkiel, yüksək texnologiyanın patlamasından sonra yaranan vəziyyəti diqqətlə analiz edir. O, elektron brokerlər, virtual bələdçilər və digər yatırım alətləri dünyasında sərvətini necə artırmaq və zərərləri necə azaltmaq barədə təlimatlar verir. Kitabda, yalnız səhmlər və istiqrazlar deyil, həmçinin pul bazarları, daşınmaz əmlak və sığorta sektoru kimi müxtəlif sahələrdə necə sərmayə qoyulacağı öyrədilir.

4. 4 Saatlıq Həftə - Az Çalış, Çox Qazan və Yaxşı Yaşa! - Timothy Ferriss  

Bu kitab, ənənəvi təqaüd anlayışını və gecikdirilmiş həyat planlarını unutmağı təklif edir. Həftədə yalnız 4 saat işləyərək zəngin olmaq, qalan vaxtı istədiyin kimi keçirmək istəyirsənsə, bu kitab sənin üçün ideal olacaq.

5. Kədəri burax, yaşamağa bax - Dale Carnegie  

Dale Carnegienin bu kitabı, üzüntü və narahatlıq hissi ilə necə mübarizə aparılacağını öyrədir. Kitabda təqdim edilən metodlar həm iş, həm də şəxsi həyat problemlərini həll etməyə kömək edəcək, sənə özünü tapmaq və həyatdan tam zövq almağa şərait yaradacaq.

Əvəz Həsənov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Nazirlikdə keçirilən tədbirlərə 2 milyon 300 min manat pul xərclənib

Bu vulkanların ərazisinə giriş dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin