
13.12.2024 / 17:55
Eyni adama məxsus 3 və 5 milyonluq şirkətlər birləşir
61411
“Gilan Tea” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilib.
Valyuta.az xəbər verir ki, şirkət ləğv edilərək “Green Plant” MMC-yə qoşulur və “Green Plant” MMC “Gilan Tea” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Qeyd edək ki, “Gilan Tea” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Seyfullayev Kamil Əli oğlu, nizamnamə kapitalı 3 milyon 337 min 928 manatdır.
“Green Plant” MMC isə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin də qanuni təmsilçisi Seyfullayev Kamil Əli oğludur. MMC-nin nizamnamə kapitalı 5 milyon 100 min manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay