"SpaceX" dünyada ən bahalı startap oldu - "The Financial Times"
ABŞ-lı iş adamı İlon Maskın (Elon Musk) sahibi olduğu "SpaceX" dünyada ən bahalı startap statusunu qazanıb.
Valyuta.Az xəbər verir ki, "The Financial Times" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, bu status investorlar üçün səhmlərin alınması təklif edildikdən sonra əldə olunub.
Daşıyıcı raketlər və peyklər istehsal edən "SpaceX" şirkətinin dəyəri 30 milyard dollara çatıb, korporativ səhmlərinin qiyməti isə 65% artıb.
Razılaşmanın şərtlərinə əsasən, "SpaceX" və bu layihəyə maraq göstərən investorlar səhmləri hər biri 185 dollar qiymətində alacaq. Ümumi məbləğin 125 milyard dolları keçəcəyi gözlənilir.
Məlumata görə "SpaceX" təxminən 500 milyon dollarlıq səhmləri özü əldə edəcək. Qalan kapital isə dünyanın ən zəngin milyarderi tərəfindən dəstəklənən genişlənən biznes maraqlarına qoşulmaq istəyən xarici investorlardan təmin olunacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay