BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
61148

Millət vəkili Vüqar Bayramov yazır...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, özəl pensiya fondlarının yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. 

Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?

Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn, 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir.

Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çixdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bu yağ da saxta çıxdı - Marketlərdən yığışdırılır - FOTO

Azərbaycanda 2025-ci ilin inflyasiya proqnozları –hansı təşkilat daha uzaqgörəndir?

"Fitch" pessimist proqnozu artırır

Bu mədrəsə MMC-yə çevrilir

“Bakı Kart”ın operatoru nizamnamə kapitalını azaldır

Metroda “Əhmədli”dən “Dərnəgül”ə necə gedəcəyik? – Rəsmi AÇIQLAMA

Konstitusiya Məhkəməsinin hakimi yola salınır

ABŞ-da xaos: Limanları idxal olunan avtomobillərlə dolub

Dünyanın ən bahalı şirkəti məlum oldu: "Apple" birinciliyini itirdi

ADB 2026-cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin