
"Nvidia" üçün monopoliya şübhələri: Çində təhqiqat başlandı
Çin, ABŞ-ın çip istehsalçısı olan "Nvidia Corp."un anti-inhisar qanunlarını pozduğuna dair şübhələr səbəbilə araşdırma başladıb.
Valyuta.Az xəbər verir ki, "Dövlət Bazar Nəzarəti İdarəsi" şirkətin son davranışlarını araşdırmaq üçün təhqiqat aparır. Bu barədə Çin Mərkəzi Televiziyası ("CCTV") bazar ertəsi yayımlanan hesabatında məlumat verib.
"Nvidia" süni intellekt çiplərinin aparıcı təchizatçısı kimi mövqeyi ilə ABŞ-Çin texnologiya üstünlüyü mübarizəsində diqqət mərkəzinə düşüb. Vaşinqton şirkətin ən qabaqcıl yarımkeçiricilərini Çin şirkətlərinə satmasını qadağan edərək, onların süni intellekt xidmətləri inkişaf etdirmək qabiliyyətini zəiflədir. Bu isə Pekinin kəskin tənqidinə səbəb olub.
"Nvidia" dəfələrlə ABŞ məhdudiyyətlərinə uyğun olaraq Çin müştərilərinə yeni texnologiya üzərində müəyyən işlər görmək imkanı verəcək süni intellekt çipləri hazırlamağa çalışdığını bəyan edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.