BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
60949

"BP" şirkəti ABŞ-dakı təbii qaz boru kəməri şəbəkəsindəki payını satmaq məqsədilə potensial alıcılar axtarır. 

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məsələdən məlumatlı dörd şəxs məlumat verib.  

Britaniyanın enerji nəhəngi bu satışdan 3 milyard dollara qədər gəlir əldə etməyi planlaşdırır. İki mənbənin bildirdiyinə görə, "BP" biznesdəki payının 49%-ni satmağı nəzərdən keçirir.  

Satış prosesi, "BP"nin baş direktoru Murray Oçinklosun (Murray Auchincloss) şirkətin artan borc səviyyəsini azaltmaq istiqamətində həyata keçirdiyi strategiyanın bir hissəsidir.  

Şirkət satışla bağlı şərh verməkdən imtina edib. Dörd mənbə isə bu barədə ictimaiyyətə məlumat vermək səlahiyyətinə malik olmadıqları üçün anonim qalmağı üstün tutub.  

"BP" hal-hazırda səhmlərinin dəyərinin aşağı səviyyədə qalması səbəbindən investorların təzyiqi ilə üzləşir. Onlar şirkətdən enerji keçidi strategiyasına dair narahatlıqlar fonunda daha yaxşı maliyyə göstəriciləri və daha yüksək mənfəət gözləyirlər.  

Bundan əlavə, "BP" "Lightsource BP" günəş enerjisi biznesindəki və ABŞ-dakı külək enerjisi əməliyyatlarındakı payını da satmağı planlaşdırır. Oçinklosun bu strategiyanı şirkətin nağd vəsait axınını artırmaq və borclarını azaltmaq məqsədilə yeniləyəcəyi gözlənilir.  

Şirkətin xalis borcu, aktivlərin gözləniləndən daha az dəyərə satılması səbəbindən sentyabr ayının sonunda 24,3 milyard dollara çatıb. Bu göstərici bir il əvvəl 22,3 milyard dollar idi.  

"BP"nin səhmləri bu il indiyədək 18%-dən çox dəyər itirib ki, bu da onun əsas rəqibləri ilə müqayisədə daha zəif nəticədir. "Shell"nin səhmləri ilin əvvəlindən bəri 3% ucuzlaşıb, "ExxonMobil" 14%, "Chevron" isə təxminən 7% dəyər qazanıb.  

ABŞ-ın neft və qaz boru kəməri sektoru istehsalın artması və yeni boru kəmərlərinə icazə problemləri səbəbindən mövcud aktivlərin daha dəyərli hala gəlməsi fonunda son illərdə daha çox konsolidasiyaya məruz qalıb.  

"BP"nin rəsmi veb saytına görə, şirkət ABŞ-da gündəlik 1,1 milyon barrel xam neft, təbii qaz və yanacaq daşıyan 1.500 mil (2.414 km) uzunluğunda boru kəmərlərinə sahibdir.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin