
06.12.2024 / 13:40
Paytaxt əhalisinin xərclədiyi pulun məbləği AÇIQLANDI
60917
2024-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28242,5 milyon manat olub.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16008,8 milyon manat təşkil edib.
Qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12233,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay