
"Coinbase"in CEO-su hökumətlərə BTC çağırışı etdi
"Binance"in keçmiş CEO-su CZ (Çanpenq Jao), 2021-ci ildə "Bitcoin"in 100 min dollara çatması ilə bağlı paylaşımını yenidən yayımladığı bir vaxtda, "Coinbase"in CEO-su Brayan Armstronq (Brian Armstrong) da 2012-ci ilə istinad edib.
Valyuta.Az xəbər verir ki, Brayan Armstronq "Bitcoin"in yüksəliş sürətinə diqqət çəkərək, onun 2012-ci ildən bəri təqdim etdiyi yatırım imkanlarını vurğulayıb.
Bundan əlavə, "Coinbase"in CEO-su hökumətlərə strateji "Bitcoin" ehtiyatları yaratmaq barədə tövsiyə edib və şirkətin təsis edildiyi 2012-ci ildə "Bitcoin"ə qoyulan 100 dollarlıq sərmayənin bu gün 1,5 milyon dollara çatdığını qeyd edib.
Tanınmış CEO bitkoinin son 12 ilin ən yaxşı performans göstərən aktiv olduğunu vurğulayıb və onun hələ də ilkin mərhələdə olduğunu, daha çox yüksəliş potensialına sahib olduğunu bildirib:
> “"Coinbase"in 2012-ci ilin iyununda təsis edildiyi dövrdə 100 dollarlıq "Bitcoin" alsaydınız, bu gün həmin sərmayə təxminən 1.500.000 dollar olardı.
> Əgər 100 ABŞ dollarını saxlasaydınız, bu gün onunla yalnız təxminən 73 dollarlıq məhsul ala bilərdiniz.
> "Bitcoin" son 12 ilin ən yaxşı performans göstərən aktividir və hələ də erkən mərhələdədir.
> Xüsusilə inflyasiyaya qarşı qorunmaq istəyən hər bir hökumət strateji bitkoin ehtiyatı yaratmalıdır.
> "Bitcoin"in 100.000 dollarlıq gününüz mübarək!”
If you bought $100 of Bitcoin when Coinbase was founded in June 2012, it would now be worth about $1,500,000.
— Brian Armstrong (@brian_armstrong) December 5, 2024
If you kept the $100 USD you'd only be able to purchase about $73 worth of goods today.
Bitcoin is the best performing asset of the last 12 years, and it's still early… pic.twitter.com/dvBgX5K7or
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay